22:11 30 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
Avropa Futbol Çempionatında Polşa və İspaniya milli komandaları arasında keçiriləcək oyun başlamazdan əvvəl azarkeş.

Belə deyim var ki, indi futbolu futbol edən azarkeşlərdir. Bəs söhbət zərif cinsin nümayəndələrindən gedirsə, onda necə? Xanım azarkeşlər, şübhəsiz, tribunaların bəzəyidir. Sputnik Azərbaycan AVRO-2020-nin ən füsunkar azarkeş xanımlarının fotolarını bir yerə toplayıb.

Bəzən futbol yarışları zamanı tribunalarda elə qəşəng azarkeş xanımlar peyda olur ki, yarışı lentə alan televiziya operatorları və şərhçilər diqqətlərini oyundan yayındırıb onlara yönəldirlər. İş o yerə çatıb ki, hətta FİFA oyunların translyasiyası vaxtı obyektivləri qəşəng azarkeşlərə tərəf daha az yönəltməyi tələb edib.

Ancaq xanım azarkeşlərin fotolarına baxanda operatorları başa düşmək olur. Bəzən sevimli komandalarına azarkeşlik etmək üçün stadiona elə qəşəng xanımlar gəlir ki, həqiqətən də insan gözünü onlardan ayıra bilmir. Xüsusən də, əgər oyun maraqsızdırsa, tribunalara baxmaqdan başqa əlac qalmır.

Gəlin biz də yalnız stadionların tribunalarında baxışları üzərinə cəmləşdirməyən, həm də “İnstagram”da minlərlə “like” alan bu gözəllərin tamaşasına duraq.

Digər fotolentlər

Əsas mövzular