19:38 27 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0067
  • RUB0.0231
  • Военный парад по случаю 100-летия освобождения Баку Кавказской исламской армией. 15 сентября 2018 года
  • Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçuları Bakıda paradda, 15 sentyabr 2018-ci il.
  • Танк Т-72Б3 команды армии Азербайджана на дистанции финальной эстафеты первого дивизиона конкурса Танковый биатлон V Армейских международных игр-2019 в парке Патриот
  •  Azərbaycan hərbçiləri, arxiv şəkli
  • Azərbaycan hərbçiləri, arxiv şəkli
  • Azərbaycan və Türkiyə hərbçiləri Karsda QIŞ-21 təlimi zamanı
© Photo : Public domain
Azərbaycan Ordusunun banilərindən biri general Səməd bəy Mehmandarov. 1918-ci ilin iyunun 26-da ADR-də Milli Ordunun yaradılmasına başlanılıb. Avqustun 1-də isə AXC-nin Hərbi Nazirliyi təsis edilib. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir təyin olunub.

Uzun illərdən sonra məhz bu gün Azərbaycan Silahlı Qüvvələri Gününü əsl bayram kimi qeyd etməyə haqqımız çatır.

İyunun 26-sı ölkəmizdə Azərbaycan Respublkası Silahlı Qüvvələri Günü kimi qeyd olunur. Ordu gününün qeyd olunması barədə fərman 1992-ci il 18 sentyabr tarixində verilib və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə qərarının qəbul edildiyi tarix – 9 oktyabr Silahlı Qüvvələr Günü elan edilib. Daha sonra, Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, bundan əvvəlki sənəd qüvvədən düşürülüb və 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilib.

Əslində, Azərbaycanda ordu quruculuğunun tarixi daha qədimdir. Belə ki, 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olunandan sonra iyunun 26-da Milli Ordunun yaradılmasına başlanılıb. Avqustun 1-də isə AXC-nin Hərbi Nazirliyi təsis edilib. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin ediliblər.

Azərbaycan yenidən müstəqillik əldə edəndən sonra ordu quruculuğuna yalnız 1993-cü ildən başlamaq mümkün olub. Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçib.

Lakin uzun illər Azərbaycanda bu günü bayram əhval-ruhiyyəsində qeyd etmək mümkün olmayıb. Ərazilərinin 20 faizi düşmən işğalı altında olan ölkədə Silahlı Qüvvələr Gününün qeyd olunmasına ən azından mənəvi cəhətdən haqqımızın çatmadığını düşünürdük.

Nəhayət, 2020-ci ildə Azərbaycan Ordusu öz tarixi missiyasını yerinə yetirərək işğal altında olan torpaqlarımızın böyük bir hissəsini, eləcə də Qarabağın döyünən ürəyi Şuşanı ermənilərdən təmizlədi. Minlərlə şəhidin qanı hesabına vətən torpağı düşmən tapdağından qurtuldu. Beləliklə, uzun illərdən sonra məhz bu gün Azərbaycan Silahlı Qüvvələri Gününü əsl bayram kimi qeyd etməyə haqqımız çatır. Bayramın mübarək, Azərbaycan əsgəri!

Teqlər:
fotolent, yaranma günü, Azərbaycan Silahlı Qüvvələri, Azərbaycan Ordusu

Digər fotolentlər

  • Londonda su basmış küçə
    Last update: 22:50 26.07.2021
    22:50 26.07.2021

    Londonun su basmış küçələri

    Böyük Britaniyanın paytaxtı son onillikdə ən güclü daşqınlardan biri ilə qarşılaşıb. Sputnik Azərbaycan-ın fotolentində Londonun təbii fəlakətlə necə mübarizə apardığını görə bilərsiniz.

    3471
    11
  • Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində SputnikPro layihəsi çərçivəsində KİV nümayəndələri üçün ustad dərsləri seriyası
    Last update: 20:52 26.07.2021
    20:52 26.07.2021

    Həqiqəti tapmaq: "Feyk-nyus"la necə mübarizə aparmalı

    Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu pandemiya ilə əlaqədar fasilədən sonra SputnikPro təhsil qrupunun işini bərpa edib. Yeni modulun mövzusu feyk-nyus və onunla necə mübarizə aparılması olub.

    20
    14
  • Maxina Maeda
    Last update: 15:58 25.07.2021
    15:58 25.07.2021

    Bir il gecikən açılış, prezidentin qətli, milyarderin göyə uçusu

    Ötən həftənin ən əhəmiyyətli hadisələri dünya agentliklərinin fotomüxbirləri tərəfindən kentə köçürülüb. Ən parlaq kadrlara Sputnik Azərbaycan-ın fotolentində baxın.

    52
    25
  • Tokio-2020 Olimpiya Oyunlarının açılış mərasimi
    Last update: 21:14 23.07.2021
    21:14 23.07.2021

    Tokio-2020 Olimpiya Oyunlarının açılış mərasimindən rəngarəng görüntülər

    Koronavirus pandemiyası səbəbindən Tokio-2020 Olimpiadasının açılış mərasimi tamaşaçısız keçirilib. Məramsindən çəkilmiş parlaq şəkillərlə Sputnik Azərbaycan-ın fotolentində tanış ola bilərsiz.

    40
    15

Əsas mövzular