06:31 05 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0179
  • RUB0.0233
© Sputnik / Ilham Mustafayev
"Keşikçidağ" mağara-məbədlər kompleksi Gürcüstanla sərhəd zolağı boyunca 25 km-dək uzanır.

Buradakı təbii mağaraların yaşı 2 min il bundan əvvələ gedir. Süni mağaralar isə VIII-XV əsrlər aralığında yonularaq düzəldilib.

"Keşikçidağ" mağara-məbədlər kompleksi Ağstafa rayonunun mərkəzindən 75 km məsafədə, Gürcüstanla sərhədd zolağı boyunca 25 km-dək uzanır. Ceyrançöl adlanan ərazidə, dəniz səviyyəsindən 750–950 m hündürlükdə Qatardağ silsiləsində sıldırım qayalıqlarda yerləşir.

Burada 100-ə qədər ilkin və orta əsrlər dövrünə aid müxtəlif ölçü və formada yaradılmış süni və təbii mağaralar yer alır. Buradakı təbii mağaraların yaşı 2 min il bundan əvvələ gedir. Süni mağaralar isə VIII-XV əsrlər aralığında yonularaq düzəldilib.

Qədim Alban irsinin yadigarı olan "Keşikçidağ" mağaralar kompleksində araşdırmalar, yalnız müstəqillik illərində mümkün olub. Sovetlər dönəmində, 1948-ci ildən başlayaraq ərazidə təlim poliqonu yerləşib. Hərbi obyekt olması səbəbindən buralarda gəzmək belə, yasaq olub. Hətta bir neçə mağara artilleriya atəşi nəticəsində dağıntıya məruz qalıb.

Prezident İlham Əliyev, 2005-ci ildə Azərbaycan-Gürcüstan dövlət sərhədlərinin mühafizəsi ilə şəxsən tanış olarkən bu əraziyə baş çəkib. 2007-ci ildə isə dövlət başçısının sərəncamı ilə mağaralar kompleksindəki mədəniyyət abidələrinin daha dərindən öyrənilməsi, qorunması və təbliği məqsədilə ərazi "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib. Qoruq ərazisində olan ən hündür yüksəkliklərin biri ölkə prezidentinin şərəfinə "İlham Əliyev zirvəsi" adlandırılıb.

Keşikçidağ mağaralar kompleksindən çəkilən fotoları Sputnik Azərbaycan-ın fotolentindən izləyə bilərsiz.

Digər fotolentlər

Əsas mövzular