22:33 02 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0183
  • RUB0.0232
© Sputnik / Murad Orujov
İran vətəndaşlarının Bakıda səsverməsi. 18 iyun 2021-ci il.

Bakıdakı İran vətəndaşları yeni prezidentlərinə İran İslam Respublikası Səfirliyinin nəzdindəki Təhsil Kompleksinin binasında səs verirlər.

BAKI, 18 iyun — Sputnik.  Azərbaycan paytaxtında İranın 13-cü prezident seçkisinə səsvermənin necə baş tutuduğunu Sputnik Azərbaycanın fotolentindən izləyin.

İranda ölkə tarixində on üçüncü prezident seçkisi keçirilir. Bu ölkənin Seçki Qərargahından verilən məlumata görə, səsvermədə 59,3 milyon İran vətəndaşının iştirak edəcəyi gözlənilir.

Cümə günü, səhər saat 10:00-dan etibarən İranın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə səsvermə iki seçki məntəqəsində – Bakı və Naxçıvanda başladı. İranlılar Bakıda İran İslam Respublikası Səfirliyinin nəzdindəki Təhsil Kompleksinin Xətai rayonu, 8 Noyabr prospekti- 14 ünvanında yerləşən binasında səs verirdilər. İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilk səs verənlərin arasında idi.

Naxçıvanda isə seçki məntəqəsi İranın muxtar respublikadakı konsulluğunda, Atatürk-13 ünvanında təşkil edilib.

İran Konstitusiya Mühafizləri Şurası 26 may tarixində İslam Respublikasının prezidentliyi uğrunda mübarizə aparmağa layiq 592 namizəd arasından seçilmiş yeddi namizədin siyahısını açıqlayıb. Onlardan beşi mühafizəkarların, ikisi isə islahatçıların nümayəndəsidir.

Seçki kampaniyasının son günü iki namizəd – mühafizəkarlardan Əlireza Zəkani və islahatçıların iki təmsilçisindən biri - Möhsen Mehralızadə prezidentlik uğrunda mübarizədən geri çəkilmək barədə qərarını açıqlayıb.

Mövzu:
Bakının son xəbərləri (59)

Digər fotolentlər

Əsas mövzular