22:34 04 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0179
  • RUB0.0233
© Sputnik / Murad Orujov
Türkiyə millisinin futbolçuları Bakı Olimpiya stadionunda Uels komandası ilə matçdan əvvəl.

Azərbaycan paytaxtında AVRO-2020-nin ən gözlənilən oyunlarından biri başa çatdı. Matçın qalibi Uels millisi oldu. Oyunun qəhrəmanları və iştirakçılarını Sputnik Azərbaycan-ın fotolentində izləyə bilərsiniz.

Bakıda futbol üzrə Avropa çempionatının qrup mərhələsinin ikinci turu çərçivəsində Türkiyə-Uels oyunu keçirilib. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada Uels millisi 2:0 hesabı ilə qalib gəlib.

Hesabı 42-ci dəqiqədə Aaron Remzi açıb. Matçın son dəqiqəsində isə Konnor Robert komandasının üstünlüyünü iki topa çatdırıb.

Xatırladaq ki, bu qrupun ilk oyununda Türkiyə komandası İtaliyaya 3:0 hesabı ilə uduzmuşdu, Uels millisi isə Bakıda İsveçrə yığması ilə 1:1 hesablı bərabərliyə qalmışdı.

AVRO-2020-nin Bakı oyunları

AVRO-2020-nin 4 oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi planlaşdırılıb. Bunlardan üçü A qrupunda baş tutacaq. Onlardan biri Uels – İsveçrə 12 iyunda təşkil olunub. 16 iyunda Türkiyə - Uels qarşılaşması olub. 20 iyunda Türkiyə - İsveçrə, 1/4 final mərhələsinin 3 iyuldakı qarşılaşması saat 20:00-da start götürəcək.

Onu da xatırladaq ki, Azərbaycanda keçiriləcək AVRO-2020-nin qrup oyunlarına gələcək azarkeşlər koronavirus pandemiyası səbəbindən karantinə alınmayacaqlar. Türkiyə, İsveçrə və Böyük Britaniyadan olan bilet sahibləri, həmçinin 1/4 final iştirakçılarının azarkeşləri vizaları Bakıya çatarkən hava limanında əldə edəcəklər.

Onlar bu sənədi onlayn şəkildə də ala bilərlər. Standart vizalar onlayn rejimdə üç iş gününə alınırsa, bunu təcili şəkildə 3-5 saata həll etmək mümkün olacaq. Bütün azarkeşlərə müvafiq qaydalara əməl etmək tövsiyə olunur. Azarkeşlər ölkəyə daxil olarkən sərhəddə bileti və koronavirus testinin mənfi nəticə göstərdiyini təsdiqləyən sənədi göstərməlidir.

Stadiona giriş üçün əlavə testə ehtiyac olmayacaq. Koronavirus pandemiyası nəzərə alınaraq Bakıda fan-zonalar təşkil edilməyəcək. Bu, insanların bir yerə toplaşmaması üçündür.

Teqlər:
Türkiyə, Uels, Bakı, AVRO-2020, fotolent

Digər fotolentlər

Əsas mövzular