23:41 04 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0179
  • RUB0.0233
© Sputnik / Murad Orujov
Stüard İsveçrə-Uels oyunundan əvvəl azarkeşləri Bakı Olimpiya stadionuna istiqamətləndirir.

Azərbaycan paytaxtı Avropa çempionatının ilk oyunlarından birini qəbul etdi. Azarkeşlərin bu idman bayramı öncəsi özlərini necə apardıqlarını Sputnik Azərbaycan-ın fotolentində izləyin.

Bakı Olimpiya stadionunda AVRO-2020 - futbol üzrə Avropa çempionatının qrup mərhələsinin birinci turu çərçivəsində İsveçrə ilə Uels komandaları üz-üzə gəldilər.

İdmançılara azarkeşlik etmək üçün xeyli insan can atırdı. Hər iki komandanın azarkeşləri də öz idman həvəslərini daha parlaq ifadə etməyə çalışırdı.

Sputnik Azərbaycan-ın müxbiri olanları izləyərək lentə alıb.

Onu da qeyd edək ki, AVRO-2020-nin A qrupunda Bakıda yarışan Uels və İsveçrə yığmalarının oyununa 16 mindən çox bilet satılıb.

Bakıda AVRO-2020 oyunları 

Bakı Olimpiya Stadionunda ümumilikdə dörd oyun keçiriləcək. Bunlar "A" qrupunda İsveçrə-Uels (12 iyun), Türkiyə-Uels (16 iyun) və İsveçrə-Türkiyə (20 iyun) oyunlarıdır. Bundan əlavə, iyulun 3-də Bakıda AVRO-2020 ¼ final oyunlarından birinin keçirilməsi də nəzərdə tutulub.

Mövzu:
Bakının son xəbərləri (60)
Teqlər:
Bakı, AVRO-2020, azarkeşlər, futbol, fotolent

Digər fotolentlər

Əsas mövzular