21:43 04 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0179
  • RUB0.0233
© Sputnik / Murad Orujov
Bakıda küçədə futbol üzrə Avropa çempionatı AVRO-2020-nin simvolu ilə installyasiya.

Futbol üzrə 16-сı Avropa çempionatı ərəfəsində Bakının müxtəlif yerləri qeyri-adi installyasiyalar ilə bəzədilib. Paytaxtımızın AVRO-2020 ərəfəsində necə göründüyünü Sputnik Azərbaycan-ın fotolentində izləyə bilərsiniz.

Bu gün, iyunun 12-də, böyük futbol Bakıya gəlir və özü ilə şəhərimizə idman bayramı əhval-ruhiyyəsi bəxş edir. Azərbaycan paytaxtının müxtəlif yerlərində maraqlı installyasiyalar - çempionatın rəsmi topunun maketləri, AVRO-2020-nin loqosunun təsvir edildiyi bannerlər qurulub.

Şəhərin mərkəzində, Nizami küçəsi ilə Fəvvarələr meydanının kəsişməsində iştirakçı ölkələrin ipdən asılmış formalarından installyasiya düzəldilib. Artıq şəhərdə müxtəlif ölkələrin azarkeşlərinə də rast gəlmək olar. Onlar öz bayraqları ilə Bakının küçələrini gəzirlər, müxtəlif məkanlarda əylənirlər və səbirsizliklə komandalarının oyunlarını gözləyirlər.

Xatırladaq ki, Bakı Olimpiya Stadionu Futbol üzrə Avropa Çempionatının dörd oyununa ev sahibliyi edəcək. Onlardan üçü: İsveçrə–Uels (12 iyun), Türkiyə–Uels (16 iyun) və İsveçrə–Türkiyə (20 iyun) komandaları arasında baş tutacaq "A" qrupunun oyunlarıdır.

Azərbaycanın paytaxtı, eləcə də AVRO-2020-nin 1/4 final oyunlarından birinə də ev sahibliyi edəcək. Həmin oyun isə iyulun 3-də baş tutacaq.

Onlara karantin yoxdur

Onu da qeyd edək ki, Azərbaycanda keçiriləcək AVRO-2020-nin qrup oyunlarına gələcək azarkeşlər koronavirus pandemiyası səbəbindən karantinə alınmayacaqlar. Türkiyə, İsveçrə və Böyük Britaniyadan olan bilet sahibləri, həmçinin 1/4 final iştirakçılarının azarkeşləri vizaları Bakıya çatarkən hava limanında əldə edəcəklər. Onlar bu sənədi onlayn şəkildə də ala bilərlər. Standart vizalar onlayn rejimdə üç iş gününə alınırsa, bunu təcili şəkildə 3-5 saata həll etmək mümkün olacaq.

Bütün azarkeşlərə müvafiq qaydalara əməl etmək tövsiyə olunacaq. Azarkeşlər ölkəyə daxil olarkən sərhəddə bileti və koronavirus testinin mənfi nəticə göstərdiyini təsdiqləyən sənədi göstərməlidir. Stadiona giriş üçün əlavə testə ehtiyac olmayacaq. Koronavirus pandemiyası nəzərə alınaraq Bakıda fan-zonalar təşkil edilməyəcək. Bu, insanların bir yerə toplaşmaması üçündür.

Teqlər:
Bakı, AVRO-2020, şəhər, fotolent

Digər fotolentlər

Əsas mövzular