22:55 19 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
© Sputnik / Murad Orujov
Ziyarətçilər "Bakı Ekspo Mərkəzi"ndə Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro 2021" və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan 2021" sərgisində.

Bakıda Qida Sənayesi "InterFood Azerbaijan 2021" və Kənd Təsərrüfatı "Caspian Agro 2021 beynəlxalq sərgiləri açılıb. Sərgilərdən kadrlar Sputnik Azərbaycanın fotolentində öz əksini tapıb.

Bakı Ekspo Mərkəzində 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro 2021" və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan 2021" sərgiləri açılıb. Hər iki sərgi öz işini iyunun 12-nə kimi davam etdirəcək.

Sərgilər kənd təsərrüfatı sektorunun əsas iştirakçılarını, peşəkar ziyarətçiləri, o cümlədən idxalçıları, ixracatçıları, distribüterləri, topdan və pərakəndə satış şirkətlərini, eləcə də fermerləri bir araya gətirir.

"Caspian Agro 2021" və "InterFood Azerbaijan 2021" sərgilərinin ekspozisiyası Bakı Ekspo Mərkəzinin iki zalını, eləcə də açıq sahəsini əhatə edir.

"Caspian Agro 2021" sərgisi kənd aqrar-sənaye kompleksinin müxtəlif sahələrinin daxil olduğu 11 tematik bölmədən ibarətdir: kənd təsərrüfatı texnikası, heyvandarlıq və quşçuluq, yemlər, baytarlıq, bitkiçilik, gübrələr, meyvə və tərəvəzlərin yetişdirilməsi, istixana, elektron kənd təsərrüfatı, kənd təsərrüfatında innovasiya texnologiyaları və laboratoriya avadanlığı və s.

"InterFood Azerbaijan 2021" sərgisində təqdim edilən bütün məhsullar aşağıdakı kateqoriyalara bölünür: "InterFood" (qida sənayesi), "InterDrink" (içkilər), "InterFoodTech" (texnologiyalar) və "HalalFood". Beləliklə, "InterFood Azerbaijan 2021" sərgisinin ekspozisiyasında qida sənayesinin müxtəlif sahələri üçün avadanlıqlar (ət, süd, qənnadı məmulatları və sair), halal məhsullar, içkilər (çay, qəhvə, şirələr), baqqaliyyə məmulatları, inqrediyentlər, soyuducu, ticarət, çörəkbişirmə avadanlıqları, meyvə anbarları, sanitariya və gigiyena məhsulları, istehsalın avtomatlaşdırılması üçün həll variantları, qablaşdırma materialları, etiketləmə avadanlıqları, qablaşdırma avtomatları və bir sıra digər məhsullar təqdim edilir.

Digər fotolentlər

Əsas mövzular