04:32 14 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0722
  • RUB0.0237
© Sputnik / Murad Orujov
Tibbi maskada olan Bakı sakinləri şəhərin mərkəzində gəzirlər. Mayın 31-dən etibarən Azərbaycanda açıq havada maska taxmaq haqda qərar ləğv edilir.

Yeddi ay müddətində Azərbaycanda açıq havada tibbi maska taxmaq məcburi idi. Bu qərarın ləğvinə artıq bir neçə saat qalıb. Tibbi maska qadağasının bitməsinə bir neçə saat qalmış Bakı küçələrində gəzən insanları Sputnik Azərbaycanın fotolentində izləyə bilərsiniz.

Artıq bir ildən çoxdur ki, dünyada koronavirus pandemiyası davam edir. Pandemiya Azərbaycanı da yan keçməyib. Karantin qaydaları çərçivəsində Azərbaycanda 2020-ci ilin iyun ayının 1-dən qapalı məkanlarda maska rejimi tətbiq edilib, 2020-ci ilin noyabrın 21-dən isə tibbi maska həmçinin açıq havada da məcburi oldu.

Nəhayər, karantin qaydaları öz bəhrəsini verdi, və 2021-ci ilin may ayının əvvəlində Azərbaycanda koronavirusa yoluxma sayı aşağı düşdü. Bunu nəzərə alan Nazirlər Kabineti yanında Operativ Qərargah 31 may saat 06:00-dan etibarən açıq havada tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbini ləğv etdi. Bununla belə qapalı məkanlarda maska rejimi qüvvədə qalıb.

Bakı sakinləri bu qərarı sevinclə qarşılayıblar. Maska rejiminin son günündə bəziləri artıq açıq havada maskadan imtina ediblər.

Sputnik Azərbaycanın fotomüxbiri paytaxtın mərkəzi küçələrini gəzib və açıq havada maska rejiminin son saatlarını lentə alıb.

Digər fotolentlər

  • İsveçrə millisinin yarımmüdafiəçisi Remo Froyler (ağ fromada) və Uels komandasının futbolçusu Co Morrel Bakı Olimpiya Stadionunda AVRO-2020-nin qrup mərhələsi çərçivəsində keçirilən İsveçrə-Uels matçında.
    Last update: 21:22 12.06.2021
    21:22 12.06.2021

    İsveçrə və Uels komandalarının Bakıdakı oyunundan parlaq KADRLAR

    İsveçrə və Uels komandalarının Avropa çempionatı çərçivəsində Bakıda keçirilən oyunu heç-heçə bitdi. Oyunun necə keçdiyini Sputnik Azərbaycan-ın fotolentində izləyin.

    16
    20
  • İsveçrəli azarkeşlər Bakı Olimpiya Stadionunun qarşısında.
    Last update: 19:02 12.06.2021
    19:02 12.06.2021

    Bakıda AVRO-2020-nin ilk oyun həyəcanı - FOTO

    Azərbaycan paytaxtı Avropa çempionatının ilk oyunlarından birini qəbul etdi. Azarkeşlərin bu idman bayramı öncəsi özlərini necə apardıqlarını Sputnik Azərbaycan-ın fotolentində izləyin.

    16
    14
  • Qadın Bakıda AVRO-2020-yə həsr edilmiş installyasiyanın fotosunu çəkir
    Last update: 15:21 12.06.2021
    15:21 12.06.2021

    Bakı AVRO-2020 ərəfəsində - şəhərdən fotolar

    Futbol üzrə 16-cı Avropa çempionatı ərəfəsində Bakının müxtəlif yerləri qeyri-adi installyasiyalar ilə bəzədilib. Paytaxtımızın AVRO-2020 ərəfəsində necə göründüyünü Sputnik Azərbaycanın fotolentində izləyə bilərsiniz.

    24
    12
  • Futbol üzrə Uels seçmə komandası Bakı Olimpiya stadioninda AVRO-2020 ərəfəsində məşq edərkən.
    Last update: 08:07 12.06.2021
    08:07 12.06.2021

    Uels yığması Bakıda açıq məşq keçirib

    Çempionatın qrup mərhələsi çərçivəsində uelslilər şənbə günü, iyunun 12-də İsveçrə komandası ilə qarşılaşacaq

    11
    17

Əsas mövzular