FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Qüdrətli fırça ustasından bizə qalanlar - FOTOLENT

Abunə olmaq
Tahir Salahov milli təsviri sənətimizdə möhtəşəm bir Xəzər epopeyasının, yaxud Abşeron dastanının yaradıcısıdır.

Sabiq SSRİ-nin və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlar Akademiyasının vitse-prezidenti Tahir Salahov dünən Almaniyada 92 yaşında vəfat edib. 

Dünya şöhrətli rəssam Tahir Salahov 1928-ci il noyabr ayının 29-da Bakı şəhərində anadan olub. Tahir Salahovun yaradıcılığında uzun dövr ərzində qara rəngdən istifadə birincilik qazanmışdı. Sənətkarın daha çox müraciət etdiyi Xəzər nefti, istehsalat mövzusu, neftçi və fəhlə obrazları ilə yağlı qara boya bir-birini tamamlayıb. Həm də Tahir Salahovun yaratdığı sərt realist üslub üçün də tünd və qara rənglərdən yaradıcı şəkildə istifadə etmək yerinə düşüb, müraciət olunan mövzunun və ya obrazın əsas cizgilərini canlandırmağa xidmət edib. 

Görkəmli Azərbaycan rəssamı, qüdrətli fırça ustası kimi Tahir Salahovu bütün dünya tanıyır. Tahir Salahovun sənəti vasitəsilə beynəlxalq aləm həm də Azərbaycanı bir daha tanımaq imkanı qazanır. Mövzusundan, üslubundan, yanaşma tərzindən asılı olmayaraq, Tahir Salahovun əsərlərinin əksəriyyətində bir parça, bir ovuc, bir cizgi Abşeron rəngi, ovqatı mövcuddur. Əslində Tahir Salahovun tünd rənglərlə ifadə olunan sərt realizmində Abşeron cizgiləri, Xəzər notları gerçəklikləri, aydınlığı, vətən sevgisini, ümidi və inamı, mübarizə əzmini, iradəni dolğun şəkildə ifadə edir.

Xalq rəssamı Tahir Salahov özünəməxsus sənət düşüncəsi və bənzərsiz rəngləri ilə Azərbaycan təsviri sənətinə Abşeron torpağından, Xəzərdən gəlib. Xəzər dənizi və Abşeron torpağı Tahir Salahov üçün ölkənin sadəcə bir parçası deyil, geniş mənada günəşli ana vətənin ümumiləşmiş rəmzidir. 

© Sputnik / Yevgeny Biyatov / Mediabanka keçidRəssam Tahir Salahov Moskvada Tretyakov qalereyasında özünün "Xəzərin sahilində" əsərinin qarşısında.
Показ выставки Таир Салахов. Солнце в зените - Sputnik Azərbaycan
1/11
Rəssam Tahir Salahov Moskvada Tretyakov qalereyasında özünün "Xəzərin sahilində" əsərinin qarşısında.
© Sputnik / Sverdlov / Mediabanka keçidTahir Salahovun "Fatinin portreti" əsəri.
Картина Портрет Фати. Художник народный художник СССР и Азербайджанской ССР Таир Теймур оглы Салахов - Sputnik Azərbaycan
2/11
Tahir Salahovun "Fatinin portreti" əsəri.
© Sputnik / Sergey Pyatakov / Mediabanka keçidSSRİ Xalq rəssamı Tahir Salahovun Leonid Brejnevə həsr etdiyi əsər Tretyakov qalereyasında.
Выставка Ненавсегда. 1968-1985 в Третьяковской галерее - Sputnik Azərbaycan
3/11
SSRİ Xalq rəssamı Tahir Salahovun Leonid Brejnevə həsr etdiyi əsər Tretyakov qalereyasında.
© Sputnik / Mediabanka keçidTahir Salahovun "Təmirçilər" əsəri, 1960-cı il.
Репродукция картины Таира Теймура оглы Салахова Ремонтники. Холст, масло. 1960 год. Азербайджанский музей искусств имени Р.Мустафаева - Sputnik Azərbaycan
4/11
Tahir Salahovun "Təmirçilər" əsəri, 1960-cı il.
© Sputnik / Евгений Биятов / Mediabanka keçidZiyarətçi Moskvada Tretyakov qalereyasında Tahir Salahovun "Günəş zenitdə" sərgisində.
Показ выставки Таир Салахов. Солнце в зените - Sputnik Azərbaycan
5/11
Ziyarətçi Moskvada Tretyakov qalereyasında Tahir Salahovun "Günəş zenitdə" sərgisində.
© Sputnik / Евгений Биятов / Mediabanka keçidZiyarətçi Moskvada Tretyakov qalereyasında Tahir Salahovun sərgisində.
Показ выставки Таир Салахов. Солнце в зените - Sputnik Azərbaycan
6/11
Ziyarətçi Moskvada Tretyakov qalereyasında Tahir Salahovun sərgisində.
© Sputnik / Евгений Биятов / Mediabanka keçidZiyarətçilər Moskvada Tretyakov qalereyasında Tahir Salahovun sərgisində "Aydan" əsərinin yanında.
Показ выставки Таир Салахов. Солнце в зените - Sputnik Azərbaycan
7/11
Ziyarətçilər Moskvada Tretyakov qalereyasında Tahir Salahovun sərgisində "Aydan" əsərinin yanında.
© Sputnik / Vladimir Vyatkin / Mediabanka keçidSSRİ Xalq rəssamı Tahir Salahov həyat yoldaşı Varvara ilə Moskvada Tretyakov qalereyasında.
Художник Таир Салахов с супругой Варварой на открытии выставки Оттепель в Третьяковской галерее на Крымском Валу в Москве, фото из архива - Sputnik Azərbaycan
8/11
SSRİ Xalq rəssamı Tahir Salahov həyat yoldaşı Varvara ilə Moskvada Tretyakov qalereyasında.
© Sputnik / Евгений Биятов / Mediabanka keçidZiyarətçi Moskvada Tretyakov qalereyasında Tahir Salahovun sərgisində.
Показ выставки Таир Салахов. Солнце в зените - Sputnik Azərbaycan
9/11
Ziyarətçi Moskvada Tretyakov qalereyasında Tahir Salahovun sərgisində.
© Sputnik / Евгений Биятов / Mediabanka keçidMoskvada Tretyakov qalereyasında Tahir Salahovun sərgisi.
Показ выставки Таир Салахов. Солнце в зените - Sputnik Azərbaycan
10/11
Moskvada Tretyakov qalereyasında Tahir Salahovun sərgisi.
© Sputnik / Sergey Pyatakov / Mediabanka keçidTahir Salahovun "Qırmızı şlyapalı Varvara" əsəri.
Картина Варвара в красной шляпе художника Таира Салахова (Москва, 2005 г.) - Sputnik Azərbaycan
11/11
Tahir Salahovun "Qırmızı şlyapalı Varvara" əsəri.
Xəbər lenti
0