23:39 21 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0161
  • RUB0.0233
© Sputnik / Murad Orujov
Livanlı gimnast Alisa Sadek.

Bədii Gimnastika üzrə Dünya Kubokunun ilk günündə halqa və topla fərdi hesabda təsnifat yarışları və qrup komandalarının seçmə mərhələsi keçirilib. Yarışda Azərbaycanı iki idmançı - Zöhrə Ağamirova və Arzu Cəlilova təmsil edir.

Koronavirus pandemiyası səbəbindən yaranan uzunmüddətli fasilədən sonra Bakıda ilk beynəlxalq yarış start götürüb. Bu – tamaşaçılar olmadan keçirilən Bədii Gimnastika üzrə Dünya Kubokudur.

Bədii Gimnastika üzrə Dünya Kubokunun ilk günündə halqa və topla fərdi hesabda təsnifat yarışları və qrup komandalarının seçmə mərhələsi keçirilib. Qeyd edək ki, yarışda Azərbaycanı iki idmançı - Zöhrə Ağamirova və Arzu Cəlilova təmsil edir.

Dünya Kuboku uğrunda yarışda 35 ölkədən ümumilikdə 169 gimnast iştirak edəcək ki, onlardan 63-ü fərdi, 106-sı qrup şəklində çıxış edəcək. Rusiya, Braziliya, Yaponiya, ABŞ, İspaniya, Türkiyə, İsrail və digər ölkələrdən idmançılar Bakıya gəliblər.

Bakı turnirində Dünya Kuboku mərhələlərinin ümumi hesabına daxil ediləcək lisenziyalı xallar toplanacaq və nəticələrə əsasən fərdi hesabda üç ən yaxşı gimnast Tokio Olimpiadasına vəsiqə qazanacaq.

Digər fotolentlər

Əsas mövzular