9 May - Qələbə Günü münasibətilə Rusiya paytaxtındakı Qızıl Meydanda növbəti təntənəli parad keçiriləcək. Hər il paradda Rusiya Federasiyasının müxtəlif qoşun növlərinin minlərlə hərbçisi iştirak edir və çoxlu sayda hərbi texnika nümayiş etdirilir. Rusiya Federasiyası Prezidentinin izlədiyi parada digər ölkələrdən də yüksək səviyyəli qonaqlar qatılırlar. Qələbə paradına, həmçinin faşizmə qarşı mübarizədə iştirak etmiş müxtəlif ölkələrin silahlı qüvvələrinin nümayəndələri də vaxtaşırı olaraq dəvət edilirlər. Belə ki, keçən il pandemiya səbəbindən mayda deyil, iyunda baş tutan paradda Azərbaycan ordusunun 75 hərbçidən ibarət heyəti də iştirak edib.
Faşizm üzərində qələbə münasibətilə düzənlənən parada həmişə ciddi səylə və uzun müddət hazırlıq görülür ki, tədbir lazımı səviyyədə keçsin.
Qızıl Meydanda keçiriləcək bu möhtəşəm tədbirdə iştirak edəcək parad heyətinin və texnikanın məşq prosesi –Sputnik Azərbaycan-ın fotolentində.