05:20 22 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0161
  • RUB0.0233
© Sputnik / Murad Orujov
"Sputnik V" peyvəndi Bakıya gətirilib

Vaksini xarici işlər nazirinin müavini Xələf Xələfov, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, səhiyyə nazirinin müavini Viktor Qasımov, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nümayəndələri qarşılayıb.

Bu gün Rusiyadan Azərbaycana koronavirus əleyhinə vaksin gətirilib.

Azərbaycanın Rusiyadan aldığı “Sputnik V” vaksininin ilk partiyasını daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanında eniş edib.

Rusiya peyvəndinin ilk partiyası 40 min dozadan ibarətdir. İkinci partiya da mayda gətiriləcək.

Xatırladaq ki, ötən ilin avqustun 11-i Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasında koronavirusdan ilk peyvəndin qeydiyyatını elan edib. Rusiyanın koronavirusa qarşı hazırladığı yeni peyvənd "Sputnik V" adını alıb.

 

Digər fotolentlər

Əsas mövzular