FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Nic qəsəbəsində yaşayan udinlər Pasxa bayramını qeyd ediblər - FOTOLAR

Abunə olmaq
Ötən illərdən fərqli olaraq pandemiya səbəbindən bu il kilsədə deyil, ətrafda şamlar yandırılıb, dualar oxunub.

Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udinlər Pasxa bayramını qeyd ediblər. Nic qəsəbəsindəki Cotari kilsəsində təşkil olunan bayram mərasimində Alban-udi dini icmasının rəhbəri, kilsənin keşişi və icmanın üzvləri çıxış edərək Pasxa bayramının mahiyyətindən, dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətin diqqət və qayğısından danışıb, bayram münasibətilə insanları təbrik ediblər.

Udinlər rayonda onlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını, Nic kilsəsinin əsaslı şəkildə bərpasını ölkədə tolerantlığa gözəl nümunə olduğunu qeyd ediblər. Ötən illərdən fərqli olaraq pandemiya səbəbindən bu il kilsədə deyil, ətrafda şamlar yandırılıb, dualar oxunub.

Alban-Udin Xristian dini icmasının sədri Robert Mobili bildirib ki, müasir Azərbaycan təkcə mədəniyyətlərarası və konfessiyalararası deyil, həm də dinlərarası dialoqun mərkəzidir. Udinlər Avropa ilə Asiyanın kəsişməsində yerləşən tarixi vətənlərində öz dillərini, dinini, qədim adət-ənənələrini qoruyub saxlaya bilib. Robert Mobili qəsəbədə Azərbaycan Udi Ocağının yaradılmasını multkulturalizmin daha da inkişafı yolunda mühüm addım kimi qiymətləndirib.

Alban-udin Xristian icmasının sədr müavini Rafik Danakari deyir ki, sovet dövründə udilərə öz milli bayramlarını qeyd etmək qadağan olunsa da, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onlar etnik azlıq olaraq öz bayramlarını və adət-ənənələrini geniş qeyd edirlər. Rafik Danakari Cotari alban kilsəsinin əsaslı şəkildə bərpasını tolerantlığa gözəl nümunə olduğunu qeyd edərək deyib ki, müsəlman və xristianların mehriban şəkildə birgə yaşadığı Nic qəsəbəsi tolerantlığın kiçik bir modeli sayılır. Bundan əlavə, ötən il Nic qəsəbəsində olan və sonuncu dəfə 12 əsrdə bərpa edilən ən qədim kilsələrdən biri Heydən Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa olunib və bu il udinlərin ixtiyarına verilib.

Hazırda tolerantlığın kiçik modeli hesab edilən Nic qəsəbəsində 3 kilsə, iki məscid var. Hər məhəllədə müsəlman və xristianların ziyarət etdiyi 5-6 pir mövcuddur. Altı min əhalisi olan qəsəbədə 3700 udin yaşayır. Qeyd edək ki, xiristian və yəhudi dünyasının böyük bayramı olan Pasxanın keçirilməsində hər il Yulian və Qriqorian təqviminə görə dəyişərək ayın təzələnməsinə tarixinə uyğun olaraq 12 gün fərq olur.

Şəhər tipli qəsəbə olan Nic qəsəbəsi dünyada udilərin kompakt şəkildə yaşadığı yeganə yaşayış məskənidir. Hazırda burada udinlərlə bərabər azərbaycanlılar, ləzgilər və digər xalqların nümayəndələri mehriban qonşuluq, bir-birlərinin adət-ənənələrinə, mədəniyyətinə qarşılıqlı hörmət şəraitində yaşayırlar. Azərbaycanda yaşayan bütün azsaylı xalqlar kimi udinlərin də mədəniyyətinin adət və ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi üçün böyük tədbirlər həyata keçirilir.

© Sputnik / Rashad KeremogluQəbələ rayonunun Nic qəsəbəsində yaşayan udinlər Pasxa bayramını qeyd ediblər
Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udinlər Pasxa bayramını qeyd ediblər - Sputnik Azərbaycan
1/9
Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udinlər Pasxa bayramını qeyd ediblər

2/9

3/9

4/9

5/9

6/9

7/9

8/9

9/9

Xəbər lenti
0