12:05 15 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
© Sputnik / Murad Orujov
Bakıda Pasxa ərəfəsində kuliçin hazırlanması.

Xristianlarin əsas bayramlarından olan pravoslav Pasxası yaxınlaşır. Bu gözəl bayram ərəfəsində Sputnik Azərbaycan ənənəvi bayram kuliçlərinin hazırlanma qaydasını lentə alıb.

İsa peyğəmbərin dirilişi – Pasxa – pravoslav xristianlar üçün ilin əsas hadisələrindəndir. Həmin gün onlar bir-birlərini  “İsa dirilib” sözləri ilə salamlayır və bayram süfrəsi ətrafında toplaşırlar.

© Sputnik / Kamilla Əliyeva /Taleh Mahmudov/Gülnar ibrahimova

Bu bayramın atributlarından biri Pasxa kuliçidir. Silindr formasında olan bu şirniyyatın üzəri ağ qlazurla örtülür, bəzədilir. Böyük pəhrizin sonunda kuliçləri və digər bişmişləri kilsəyə aparıb onlara dua oxutdururlar. Pasxa münasibətilə keçirilən ayindən sonra inanclılar bir-birlərini və din xadimlərini öz kuliçlərinə qonaq edirlər. Evlərdə isə ailə başçısı Pasxa ziyafətində kuliçi ailə üzvlərinin sayına görə bölüb onlar arasında paylayır.

Bakıda Mixail Arxangel kilsəsi nəzdindəki çörəkxanada bayram ərəfəsində kuliç bişirilir. Bişmişlər bayram günü kilsəyə gələnlərə və ehtiyacı olanlara paylanacaq. Burada bütün gün qızğın iş gedir – sobadakı kuliçlər qızarmamış növbəti partiya üçün xəmir yoğrulur.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsi zamanı bu çörəkxana şanlı əsgərlərimiz üçün də şirniyyat hazırlayaraq göndərmişdi.

Teqlər:
fotolent, kuliç, kilsə, Bakı, Pasxa

Digər fotolentlər

Əsas mövzular