13:19 13 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
© Sputnik / Murad Orujov
Azərbaycanda hotel əməkdaşlarının vaksinasiyası.

Yuxarı yaş qrupuna aid insanlar və peşəsi ilə əlaqədar koronavirusa yoluxma riski yüksək olanlardan sonra turizm sektorunda çalışanların da peyvənd növbəsi gəlib çatdı. Vaksinasiya prosesinin necə aparıldığını Sputnik Azərbaycanın fotolentində izləyin.

Azərbaycanda koronavirusla mübarizə çərçivəsində bu gün turizm sektorunda çalışanların vaksinasiyasına başlanılıb. Mehmanxana işçiləri könüllü şəkildə "Baku Marriott Boulevard Hotel"-də peyvənd oluna bilərlər. Vaksin vurdurmaq istəyənlər elə həmin hoteldə təşkil olunan məntəqədə tibbi müayinədən keçirilirlər. Azərbaycan Hotellər Birliyi və "Absheron Hotel Group"-un təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən peyvəndləmə prosesi mərhələli şəkildə həyata keçirilir.

Birinci mərhələdə Azərbaycan Hotellər Birliyinə daxil olan paytaxtdakı turizm müəssisələrində çalışan 420 işçinin, eləcə də regional mehmanxanaların 575 əməkdaşının peyvənd olunması planlaşdırılır. Mehmanxana sənayesinin bərpası və normal fəaliyyətinə qayıtması üçün işçilərin peyvənd olunması vacibdir.

Qeyd edək ki, vaksinasiya prosesində Çinin "Sinovac" şirkəti tərəfindən istehsal olunan "CoronaVac" preparatından istifadə olunur.

Digər fotolentlər

Əsas mövzular