18:21 15 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
© Sputnik / Artur Lebedev
Soçidəki izək kurortunda çimərlik geyimində karnavalının iştirakçısı

Sputnik Azərbaycan dünya agentliklərinin müxbirlərinin ötən həftə çəkdirdikləri ən parlaq və ən emosional fotoları oxuculara təqdim edir.

Yola saldığımız həftə dünyanın müxtəlif guşələrində yeni və maraqlı hadisələrlə zəngin olub. 

Dünyadakı bütün müsəlmanlar üçün müqəddəs ay olan Ramazan təşrif buyurub. Koronavirus pandemiyası kontekstində bəzi ölkələrdə məhdudiyyətlər qismən yumşaldılıb və dindarlara ictimai məsafəni qorumaq şərtilə məscidlərdə namaz qılmağa icazə verilib. Bəzi yerlərdə isə hələ də ciddi məhdudiyyətlər götürülməyib və kütləvi tədbirlərin keçirilməsi qadağandır.

İndoneziyanın şərqində 6 bal gücündə zəlzələ baş verib. Şərqi Yava əyalətində baş verən yeraltı təkanlar nəticəsində insanlar ölüb.

ABŞ-ın Minnesota əyalətində isə bir afroamerikalının ölümü və bir polisin yaralanması ilə nəticələnən insident kütləvi etirazları yenidən alovlandırıb. Yüzlərlə insan Minneapolisdəki polis idarəsinin qarşısına toplaşaraq 20 yaşlı Donti Raytın ölümünə qəzəblərini ifadə ediblər. 

Keçən həftə planetimizin necə yaşadığını bir daha xatırlamaq üçün sizi dünyanın müxtəlif yerlərindən toplanan fotoşəkillərə baxmağa dəvət edirik. Dünya xəbər agentliklərinin fotomüxbirləri tərəfindən çəkilən unudulmaz hadisələr və duyğulu anlar - Sputnik Azərbaycanın həftəlik fotokolleksiyasında.

Digər fotolentlər

Əsas mövzular