08:44 09 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
© REUTERS / Alaa Al-Marjani
İraqın Nəcəf şəhərində işçi müqəddəs Ramazan ayı qabağı ayparanın yaxınlığında küçəni yuyur

Müsəlman dünyasında oruca riayət olunmasını nəzərdə tutan müqəddəs Ramazan ayı başlayıb. Bəs dünya ölkələrində insanlar Ramazanı necə qarşılayıblar – "Sputnik Azərbaycan"ın fotolentinə nəzər salın.

Bütün müsəlmanlar üçün müqəddəs olan Ramazan ayı başlanıb. Artıq iki ildir ki, bu müqəddəs ay koronavirus pandemiyası şəraitində keçir. Bəzi ölkələrdə məhdudiyyətlər daha yumşaqdır və inanclı insanlara sosial məsafəyə riayət etmək şərti ilə məscidlərdə namaza durmağa icazə verilir. Digər ölkələrdə isə sərt məhdudiyyətlər hələ götürülməyib və kütləvi tədbirlərin keçirilməsi qadağandır.
Bu cür şəraitdə müfti və imamlar inanclıları evlərində ibadət etməyə, ənənəvi iftar mərasimlərini isə ailə çərçivəsində keçirməyə çağırırlar.
Cari təqvim ilində Ramazan ayının başlanğıcı aprel ayının 13-nə tuş gəlib.
Qeyd edək ki, bu ay insanlar oruc tutur, bəzi ölkələrdə isə gündəlik orucdan sonra çoxlu sayda insanlar üçün iftar mərasimləri təşkil olunur.
Xatırladaq ki, Ramazan ayının başlanması Ay təqviminə əsaslanır. Ayın uzunluğu 29-30 gün olur. Müqəddəs ay Eyd əl-Fitr (İftar bayramı) bayramı ilə başa çatır ki, bu da ayın sonuncu günü başlanır və üç gün davam edir.

Teqlər:
fotolent, şəkillər, dünya, Ramazan

Digər fotolentlər

Əsas mövzular