10:10 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0507
  • RUB0.0223
© Sputnik / Ryu Seng-il
Cənubi Koreyanın Cənubi Çolla əyalətində "Bənövşəyi" adalarda evlər.

Qırx mindən çox gül kolu Banvoldo və Park-dzido adalarının görkəmini tamamilə dəyişərək buranı nağıllar aləminə çevirib.

Cənubi Koreyadakı bənövşəyi adalar dünyanın hər yerindən gələn turistlərin diqqətini çəkir. Bu unikal yer Instagram səhifələrində çox əsrarəngiz görünür.

Belə ki, Cənubi Koreyanın Cənubi Çolla əyalətində bir neçə il əvvəl kütləvi şəkildə lavanda kollarının yetişdirilməsinə başlanıb. Nəticədə qırx mindən çox gül kolu Banvoldo və Park-dzido adalarının görkəmini tamamilə dəyişərək buranı nağıllar aləminə çevirib.

Qeyd edək ki, həmin ərazidə həmçinin imperator ağacları da gül açır, binalar isə - otellər, restoranlar, istirahət otaqları, fotoköşklər, yaşayış evləri və hətta iki adanı birləşdirən körpü də daxil olmaqla bənövşəyi boya ilə rənglənib.

Digər fotolentlər

Əsas mövzular