08:37 11 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0221
  • EUR2.0237
© REUTERS / Nacho Doce
Kataloniya vilayətində şaftalı bağları

Baharın gəlişi ilə İspaniyanın Kataloniya vilayətindəki armud və şaftalı bağları çəhrayı, yasəmən rənginə bürünüb. İnsana gözəl əhval-ruhiyyə bəxş edən bu parlaq kadrlar Sputnik Azərbaycan-ın fotolentində öz əksini tapıb.

Al-əlvan rəngə bürünmüş ucsuz-bucaqsız Kataloniya bağlarının gözəlliyi ilə yalnız yapon sakuraları yarışa bilər.

Hər il minlərlə turist bu çiçəklərin əsrarəngiz gözəlliyinə tamaşa etmək və bihuşedici ətrindən həzz almaq üçün buraya tələsir. Lakin bu il koronavirus pandemiyası səbəbindən çiçək açmış ağaclara baxmaq və onları fotokameranın yaddaşına köçürmək üçün Kataloniyaya gələnlərin sayı bir qədər azdır. Əvəzində yerli sakinlər bağlarda doyunca gəzib valehedici mənzərədən həzz almaq və yaddaqalan şəkillər çəkdirmək fürsəti əldə ediblər.

Digər fotolentlər

Əsas mövzular