15:09 18 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
Kanadalı fotoqraf Tomas Vijananın müəllifi olduğu və World Nature Photography Awards 2020 müsabiqəsində yer tutmuş şəkil.

Nüfuzlu fotomüsabiqənin münsiflər heyəti 2020-ci il üçün qalibləri elan edib. Vəhşi təbiətin gözəl şəkillərinə Sputnik Azərbaycan-ın fotolentində baxa bilərsiniz.

World Nature Photography Awards 2020 müsabiqəsinin fəlsəfəsi onu deyir ki, təbiət şəkilləri insanların ona olan münasibətinə təsir edə və təbiəti qorumağa imkan verən pozitiv vərdişlər formalaşdıra bilər.

Ötən 2020-ci il fotoqrafların çoxu üçün əsl sınaq ili oldu: səyahət etmək imkanı məhdud idi, ona görə də vəhşi təbiət həvəskarları maraqlı kadrları öz evlərinin yaxınlığında axtarmalı oldular.

Sözügedən müsabiqədə hər il dünya ölkələrinin çoxundan həm həvəskar, həm də peşəkar fotoqraflar iştirak edirlər. World Nature Photography Awards (WNPA) əməkdaşlarından və təşkilatçılardan savayı 18 yaşdan yuxarı hər kəs müsabiqədə iştiraK edə bilər.

İşlər bu kateqoriyalar üzrə bölünür: "Heyvanlar öz yaşama mühitlərində", "Heyvanların portretləri", "Davranış – amfibiyalar və sürünənlər", "Davranış – quşlar", "Davranış – onurğasızlar", "Davranış – məməlilər", "Bitkilər və göbələklər", "Şəhərin vəhşi təbiəti", "Mənzərələr və Yer planetinin ətraf mühiti", "Ağ və qara", "Təbiətin incəsənəti", "Fotojurnalistika təbiət haqqında" və "İnsanlar və təbiət".

 

Digər fotolentlər

Əsas mövzular