05:03 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
© Sputnik / Rahim Mammadov
Yevlax-Mingəçevir dəmir yolu xəttinin yaxınlığında bitən ağac

Yevlax-Mingəçevir dəmir yolu xəttinin lap yaxınlığında bitən ağacın çiçəkləri budaqları ağ örpəyə bürüyüb. Təbiətin Yevlaxın Salahlı kəndində yaratdığı gözəlliyi Sputnik Azərbaycan-ın fotolentində.

Rahim Məmmədov, Sputnik Azərbaycan

Yazın gəlişini Aranda hiss etmək üçün alça,ərik ağaclarının çiçəklərini görmək mütləqdir.

İsti iqlimi ilə seçilən bölgədə həmin meyvələrin bir neçə növü yetişir. Amma Yevlaxın Salahlı kəndində tənha alça ağacı diqqət çəkir.

Yevlax-Mingəçevir dəmiryolu xəttindən 2 metr uzaqlıqda bitən alçanın çiçəkləri ağacı sanki qar altında qalmış kimi göstərir. Ətrafın sarı rəngi, yaşıla dəyişdiyi bir zamanda ağ çiçəyə bürünmüş canlı, bir başqa mənzərə yaradır. Üzərindəki çiçəklərin çoxluğu bu il yüksək məhsuldarlıqdan da xəbər verir. Hündürlüyü 3-4 metrə yaxın olan alça ərazidə yeganə bar verən ağacdır.

Yevlaxın Salahlı kəndində təbiətin yaratdığı gözəlliyə Sputnik Azərbaycan-ın fotolentində baxa bilərsiz.

Digər fotolentlər

Əsas mövzular