16:10 18 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
© REUTERS / Sigtryggur Johannsson
İslandiyanın Reykyanes yarımadasında vulkan püskürməsi.

Bir neçə gün əvvəl Reykyavikdən təxminən 40 kilometr məsafədə yerləşən vulkan oyanıb. Lava və tüstü nəticəsində səma gecə vaxtı qırmızı buludlara bürünüb, və bu rayon uçuşlar üçün qadağan zona elan edilib.

Martın 19-da İslandiyanın Reykyanes yarımadasında Faqradalsfyal vulkanı püskürməyə başlayıb. Vulkan bundan əvvəl təxminən altı min il aktiv olmayıb. Yerli hakimiyyət bu zonada uçuşları qadağan edib və paytaxt regionunu Keflavik hava limanı ilə birləşdirən yolu bağlayıb.

Vulkan püskürməsinə yüksək seysmik aktvilik səbəb olub - son dörd həftədə regionda 40 mindən çox yeraltı təkan qeydə alınıb. Xoşbəxtlikdən, vulkan püskürməsi nəticəsində yaxınlıqda yerləşən yaşayış məntəqələrinin sakinlərinə ziyan dəyməyib.

İslandiyada ümumilikdə 30 vulkan var. 1784-cü ildə Laki vulkanının püskürməsi nəticəsində İslandiya əhalisinin dörddə biri həlak olmuşdu.

Digər fotolentlər

Əsas mövzular