03:04 14 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0220
  • EUR2.0215
© REUTERS / ELOISA LOPEZ
Filippində alimlər yarasalar üzərində tədqiqatlar aparırlar.

Filippində bir qrup tədqiqatçı koronavirus pandemiyasının qarşısını almaq üçün yarasa "ovuna" çıxıb.

Filippində özlərini "virus ovçuları" adlandıran alimlər yarasaların ağız suyundan istifadə edərək koronavirusla bağlı araşdırmalara başlayıblar.

Mütəxəssislər bunun üçün minə yaxın yarasanın ağız suyundan istifadə etməlidirlər. Yaponiyanın maliyyələşdirdiyi tədqiqat Filippinin Los-Banos Universiteti tərəfindən üç il müddətində araşdırılacaq.

Alimlər ümid edirlər ki, yarasalar koronavirusun dinamikasını öyrənməyə kömək edəcəklər.

Yarasalar üzrə mütəxəssis Filipp Alviola bildirir ki, onlar hazırda yarasalardan insanlara ötürülə biləcək koronavirusun digər ştammlarının olub-olmadığını araşdırırlar.

"Virus ovçuları" yarasaları tutmaqla növbəti pandemiyanın qarşısını almağa ümid edirlər.

Teqlər:
fotolent, alimlər, virus, ov, yarasa, Filippin

Digər fotolentlər

  • Last update: 21:49 12.04.2021
    21:49 12.04.2021

    Ecazkar mənzərə: Martvili kanyonuna səyahət - FOTOLAR

    Siz nə vaxtsa Gürcüstanda yerləşən Martvili kanyonu haqda eşitmisiniz? Zümrüd suları, şəlalələri və təbiətinə görə Martvili Qafqazın ən gözəl yerlərindən sayılır. Daha ətraflı Sputnik Azərbaycan-nın fotolentində.

    39
    18
  • Madriddə Mercedes Benz Moda Həftəsi çərçivəsində model dizayner Andres Sardanın geyimini nümayiş etdirir.
    Last update: 12:34 11.04.2021
    12:34 11.04.2021

    Həftənin fotoları: Marsda selfi və Baydenin dovşanı

    Sputnik Azərbaycan oxucuların diqqətinə ötən həftə dünya agentliklərinin müxbirləri tərəfindən çəkilmiş ən parlaq və emosional fotoları təqdim edir.

    39
    22
  • Gürcüstanın Kutaisi şəhərində
    Last update: 22:19 09.04.2021
    22:19 09.04.2021

    Ruhu olan şəhər: günəşli Kutaisidə gəzinti

    Kutaisi Gürcüstanın qərbində yerləşən zəngin tarixə malik şəhərdir. Bu şəhər tarixi baxımdan ölkənin ikinci paytaxtı hesab olunur. Sizi dünyanın müxtəlif guşələrindən gələn turistlərin ən sevimli istirahət məkanına çevrilmiş Kutaisiyə virtual gəzintiyə dəvət edirik.

    61
    25
  • Turistlər Cənubi Koreyanın Cənubi Çolla əyalətində Bənövşəyi adalarda foto çəkdirirlər
    Last update: 10:34 08.04.2021
    10:34 08.04.2021

    Rənglərin möcüzəsi: Cənubi Koreyanın "bənövşəyi" adaları - FOTO

    Qırx mindən çox gül kolu Banvoldo və Park-dzido adalarının görkəmini tamamilə dəyişərək buranı nağıllar aləminə çevirib.

    34
    10

Əsas mövzular