14:36 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
© REUTERS / UMIT BEKTAS
Türkiyədə Yatağan şəhəri yaxınlığında toksik göl.

Təmiz su dünyada ən qiymətli resurslardan birinə çevrilib. Ekspertlər hesab edirlər ki, gələcəkdə şirin su uğrunda regional, hətta qlobal müharibələr baş verə bilər.

Yer kürəsinin ikidə üçü su ilə örtülüb. Suyun ümumi həcmi 1286 milyon kub kilometr təşkil edir. Lakin şirin suyun nisbəti 40 dəfə az - 35 milyon kub kilometrdir, və bunun yalnız yüzdə bir hissəsi insanlara əlçatandır. 

Hazırki vəziyyətdə planetin ən böyük problemlərindən biri suyun çirklənməsidir. Dünya okeanının çirklənməsinin 40 faizi sənayə işləri ilə bağlıdır. Həmçinin çirklənmədə kommunal təsərrüfaların, kənd təsərrüfatı işlərinin və digər atropogen fenomenlərinin rolu var.

Suyun çirklənməsinin əsas mənbəsi neft və neft məhsullarıdır. Əksər hallarda bu neftin hasilatı, çatdırılması, xammalın emalı və istifadə olunması ilə bağlıdır.

Artıq bir sıra inkişaf etmiş ölkələrdə suyun rasional istifadəsi ilə bağlı qanunlar var. Lakin kasıb dövlətlərdə, əsasən, əhalisi çox olan ölkələrdə su problemi getdikcə böyüyür. Alimlər hesab edirlər, gələcəkdə su uğrunda müharibələr baş verə bilər, və planetin bir çox kasıb regionu həyatsız səhraya çevriləcək.

Sputnik Azərbaycan-nın fotolentində dünyada suyun çirkləndirilməsini əks etdirən fotoları izləyə bilərsiniz.

Digər fotolentlər

Əsas mövzular