14:02 19 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
© REUTERS / Eric Gaillard
Qoruyucu maskalar taxmış insanlar Fransanın Nitsa şəhərində karantin tətbiq edilərkən alt paltarları mağazasının yanından keçirlər

Sputnik Azərbaycan oxucuların diqqətinə ötən həftə dünya agentliklərinin müxbirləri tərəfindən çəkilmiş ən parlaq və emosional fotoları təqdim edir.

Ötən həftə planetin müxtəlif guşələrində maraqlı hadisələrlə yadda qaldı. 

Myanmada Aun San Su Çjinin devrilməsi və Dövlət İnzibati Şuranın hakimiyyətə gəlməsi ilə nəticələnən hərbi çevrilişə qarşı fevralın 4-də başlanan etirazlar davam edir. Xeyli insan polislə qarşıdurmaların qurbanı olub, BMT-nin Təhlükəsizlik Şurası Myanmada dinc etirazçılara qarşı zorakılığı sərt tənqid edib.  

Roma Papası Fransisk tarixdə ilk dəfə olaraq İraqa səfər edib. Bu səfər həm də Papanın koronavirus pandemiyası başlanandan bəri xaricə ilk çıxışıdır. Papa İraqın terrorçulardan təmizlənmiş ərazilərində və dağıdılmış kilsələrdə olub. Fransiskin səfərinin məqsədlərindən biri İraqda müsəlmanlarla xristianların barışması və sülh şəraitində yaşamasının əsasını qoymaqdır. 

 

Dünyanın ötən həftəni necə keçirdiyini planetin müxtəlif guşələrindən toplanmış fotolara baxmaqla xatırlamağı təklif edirik. Aparıcı informasiya agentliklərinin müxbirlərinin yaddaqalan hadisələri, eləcə də emosional anları həkk elədikləri kadrlar - Sputnik Azərbaycan-ın həftəlik fotolentində.

Teqlər:
şəkillər, maraqlı, fotolent, həftə

Digər fotolentlər

Əsas mövzular