00:25 08 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
© Sputnik / Mihail Voskresenskiy
"İti qovan" zərbə PUAsı Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən İDEX-2021 beynəlxalq hərbi sənaye sərgisində nümayiş zamanı

21-25 fevral aralığında Əbu-Dabidə 15-ci beynəlxalq silah sərgisi (International Defense Exhibition, IDEX) keçirrilir. Sərgidə Azərbaycan öz istehsalı olan 100-dən artıq adda silah təqdim edib.

Bu günlərdə Əbu-Dabidə dünyanın ən iri silah sərgilərindən biri keçirilir. Tədbirdə dünyanın 59 ölkəsindən 900-dək şirkət iştirak edir.

Sərgidə Azərbaycanı Müdafiə Sənayesi Nazirliyi tənmsil edir. Nazirlik öz istehsalı olan 106 adda silah-sursat təqdim edir. Onların arasında dronlar, snayper tüfəngləri, minomyotlar və s. var

Azərbaycan nümayəndə heyətinə müdafiə sənayesi naziri Mədət Quliyev başçılıq edir. Səfər çərçivəsində Quliyev BƏƏ baş nazirinin müavini şeyx Mənsur ben Zahid Əl Nahayanla görüşüb.

Koronavirus pandemiyası ilə əlaqədar sərgi epidemiya əleyhinə tədbirlərə riayət olunmaqla keçir. İştirakçılar hər 48 saatdan bir koronavirus testindən keçməlidirlər, ziyarətçilər isə maska rejiminə və ara məsafəsinə riayət etməlidirlər.

 

Digər fotolentlər

Əsas mövzular