01:30 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
© Sputnik / Murad Orujov
Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi

Sputnik Azərbaycan-ın müxbirləri press-tur çərçivəsində Mərkəzin ərazisində olaraq rus və türk zabitlərin işi və məişəti ilə tanış olublar.

Yanvarın 30-dan Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyət göstərir. 

Mərkəzin ərazisində hərbçilərin yaşayışı və istirahəti üçün zəruri infrastruktur yaradılıb. Burada idman zalları, istirahət otaqları, camaşırxanalar, bərbərxanalar, voleybol və basketbol meydançaları fəaliyyət göstərir.

Həmçinin dini ayinlərin icra olunması üçün məscid və kilsə fəaliyyət göstərir.

Xatırladaq ki, yanvarın 30-da Ağdam rayonu ərazisində inşa edilən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimi baş tutub. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiya Federasiyası Müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin və Türkiyə Respublikası Milli Müdafiə nazirinin müavini cənab Yunus Emre Karaosmanoğlu iştirak edib.

Xatırladaq ki, 2020-ci il noyabrın 11-də Rusiya və Türkiyənin müdafiə nazirləri Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması barədə memorandum imzalamışdılar.

Digər fotolentlər

Əsas mövzular