FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Tonlarla torpaq və daş seli: Badamdardakı sürüşmə Sputnik-in obyektivində

Abunə olmaq
Dünən Xəzər dənizində baş verən 4.5 maqnitudalı zəlzələ Badamdar qəsəbəsində sürüşməyə səbəb oldu. Nəticədə yol bağlandı, yaşayış evləri və bir iaşə obyekti ziyan gördü

Bakının Səbail rayonunun Bayıl yamacında sürüşmə aktivliyi qeydə alınıb. Ötən gecə torpaq və daş seli Badamdar qəsəbəsindən Bayıla doğru hərəkət edib. Badamdarla 20-ci Sahəni birləşdirən yol tamamilə bağlanıb. İki fərdi yaşayış evi də Fövqəladə Hallar Nazirliyinin fəaliyyətini dayandırdığı iaşə obyekti zərər görüb.

Xoşbəxtlikdən, insan tələfatı yoxdur.

FHN-dən bildirilib ki, Badamdarda sürüşmənin aktivləşməsinə təbii amillər, o cümlədən yanvarın 28-i saat 21:06-da Xəzərdə baş verən zəlzələ təsir edib. Sahil zolağında zəlzələ 3 baladək hiss olunub.

Ərazinin geoloji quruluşu, süxurların yuyulmaya meylliliyi və atmosfer yağıntıları da prosesə təkan verib.

Hazırda hadisə yerində FHN-in müvafiq qurumlarının əməkdaşları çalışırlar. Sürüşmə zonasında təhlükəsizlik tədbirləri görülür.

© Sputnik / Murad OrujovBayılda sürüşmə (29 yanvar 2021 il)
Bayılda sürüşmə (29 yanvar 2021 il) - Sputnik Azərbaycan
1/9
Bayılda sürüşmə (29 yanvar 2021 il)

2/9

3/9

4/9

5/9

6/9

7/9

8/9

9/9
Bayılda sürüşmə (29 yanvar 2021 il)
Xəbər lenti
0