ABŞ-da yeni seçilmiş prezident Cozef Baydenin dünən andiçmə mərasimi keçirilib.
ABŞ-ın 46-cı prezidenti and içərək vəzifəsinin icrasına başlayıb.
Cozef Baydenlə yanaşı, Kamala Harris də vitse-prezident kimi and içib. Hakimiyyəti yeni komandaya əvvəlki prezident Donald Tramp yox, vitse-prezident Mayk Pens ötürüb. Tramp tədbirdə iştirak etməyib.
İnaqurasiyada həmçinin, ABŞ-ın keçmiş prezidentləri Bill Klinton, Corc Buş və Barak Obama iştirak ediblər.
Pandemiya səbəbindən mərasim sosial məsafənin saxlanılması şəraitində təşkil edilib.