23:41 26 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
© Official website of President of Azerbaijan Republic
İlham Əliyev Şuşada

İlham Əliyev Azərbaycanın mədəniyyət paytaxtındaİlham Əliyev Azərbaycanın mədəniyyət paytaxtındaİlham Əliyev Azərbaycanın mədəniyyət paytaxtındaİlham Əliyev Azərbaycanın mədəniyyət paytaxtında

Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar. Onlar Şuşadakı Yuxarı Gövhər Ağa məscidində dua ediblər.

Prezident Şuşada Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun, şairə, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın və xanəndə Bülbülün büstlərinin açılışını edib. 

Prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva ilə birlikdə Şuşadakı Cıdır düzünü də ziyarət ediblər. Onlar həmçinin Vaqifin dağıdılmış məqbərəsində olublar. 

Prezident həmçinin Şuşadakı Qazançı kilsəsini də ziyarət edib.

Səfərdə diqqətçəkən məqamlardan biri də İlham Əliyevin 39 il əvvəl eyni gündə Heydər Əliyevin Şuşa şəhərini ziyarəti zamanı olduğu məkanda şəkil çəkdirməsi olub. Bu zaman prezident ümummilli liderin həmin məkanda çəkdirdiyi şəkli əlində tutub. Sputnik Azərbaycan Prezidentin Şuşa şəhərinə səfəri zamanı lentə alınmış ən maraqlı şəkilləri təqdim edir.    

Teqlər:
Mehriban Əliyeva, Şuşa, Heydər Əliyev, İlham Əliyev

Digər fotolentlər

Əsas mövzular