04:31 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
© REUTERS / INGRID MELANDER
İnsanlar Madriddə güclü qar səbəbindən aşmış ağacların yanından keçirlər, İspaniya

Güclü qar səbəbindən iflic olan Madrid şəhərindən görüntüləri Sputnik Azərbaycan-ın fotolentində izləyə bilərsiniz.

İspaniyanın paytaxtı Madridə aramsız yağan qar şəhəri iflic edib. Hava şəraiti ilə əlaqədar dəmiryolu nəqliyyatı dayandırılıb, avtobusların hərəkəti məhdudlaşdırılıb, bəzi metro xətlərində gecikmələr yaranıb.

Hökumət rəsmiləri yerli sakinləri avtomobillərdən istifadə etməməyə çağırıblar.

Baraxas hava limanının faəliyyəti də ötən gün axşam saatlarından dayandırılıb. Şəhər ərazisində bütün mədəni və əyləncə tədbirləri təxirə salınıb. Madrid ərazisində yük maşınlarının hərəkətinə qadağa qoyulub.

Sinoptiklər bildiriblər ki, bu, son 80 il ərzində Madrid şəhərinə yağan ən güclü qardır. Bu cür hava şəraiti İspaniyanın paytaxtında bazar ertəsinə qədər davam edəcək.

Digər fotolentlər

Əsas mövzular