21:12 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
© Sputnik / Murad Orujov
Çövkən oyunu üzrə Prezident Kubokunun finalı.

Bakıda qədim Azərbaycan oyunu - çövkən üzrə Prezident Kubokuna yekun vurulub. Final oyunlarının necə keçdiyini Sputnik Azərbaycan-ın fotolentində izləyin.

Bakıda Azərbaycan Atçılıq Federasiyası tərəfindən təşkil edilən çövkən oyunu üzrə Prezident Kuboku keçirilib. Dekabrın 15-də başlayan yarışda səkkiz komanda iştirak edib. Bu gün, dekabrın 24-də isə final qarşılaşmaları baş tutub. Üçüncü yer uğrunda "Buta Golden""Sərhədçi 2-Dilbaz" komandaları mübarizə aparıblar. Oyun "Buta Golden" komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Birinci yer uğrunda oyun isə daha maraqlı və gərgin keçib. "Sərhədçi""Polad" komandaları arasında keçən oyunun əsas vaxtında qalib müəyyənləşməyib. Əlavə olunmuş vaxtda "Sərhədçi" 4:3 hesabı ilə qalib gələrək birinci yerə layiq görülüb.

Qeyd edək ki, çövkən oyunu 2013-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilib.

Teqlər:
fotolent, "Buta Golden" komandası, "Polad" komandası, "Sərhədçi" komandası, Bakı, final, Prezident Kuboku, çövkən

Digər fotolentlər

Əsas mövzular