16:46 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
© Sputnik / Rahim Murad
Lənkəranda sərtləşdirilmiş karantin rejimi zamanı polis reydi.

Şəhərin daxilində də polis əməkdaşları avtopatrul və piyada patrul marşrutları ilə xidmət aparırlar. Vətəndaşların müvafiq icazələrinin olub-olmaması yoxlanılır

Ölkə ərazisində koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qəbul etdiyi qərarlardan irəli gələn tələblərin icrası ilə bağlı Lənkəranda da polis əməkdaşları tərəfindən nəzarət tədbirləri gücləndirilib. Polis əməkdaşları tərəfindən şəhərə daxil olmaq istəyənlərin, həmçinin yaşayış yerini tərk edən vətəndaşların icazə sistemində adının olub-olmaması və ya SMS icazəsinin mövcudluğu yoxlanılır.

DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupunun Baş inspektoru Məhəmməd Rzayevin Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata əsasən, sərtləşdirilmiş karantin rejiminin tətbiq olunan digər şəhər və rayonlar kimi, Lənkəranda da şəhərin giriş hissələrində stasionar postlar qurulub: “Burada polis əməkdaşları ilə yanaşı, daxili qoşunların hərbi qulluqçuları da xidmət aparırlar. Bununla yanaşı, şəhərin daxilində də polis əməkdaşları tərəfindən avtopatrul və piyada patrul marşrutları ilə xidmət aparılır. Vətəndaşların müvafiq icazələrinin olub-olmaması yoxlanılır. Eyni zamanda tibbi maska ilə bağlı tələblərə nəzarət tədbirləri də davam etdirilir”.

Baş inspektor əlavə edib ki, müəyyən olunan tələb və qaydalara riayət etməyənlər barəsində qanunamüvafiq tədbirlər görülür.  “Həmçinin COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə ətraf kənd və qəsəbədə yaşayan vətəndaşlara zərurət olmadığı halda və müvafiq icazə olmadan rayon mərkəzinə gəlməyə cəhd etməmələri barədə xəbərdarlıq edilir”.

Teqlər:
fotolent, yoluxma, Koronavirus, epidemiya, COVID-19, nəzarət, polis, Karantin rejimi, Lənkəran

Digər fotolentlər

Əsas mövzular