16:41 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
© Sputnik / Murad Orujov
Bakıda keçirilən Zəfər paradı

Dünya xəbər agentliklərinin fotomüxbirləri tərəfindən çəkilən unudulmaz hadisələr, eyni zamanda duyğulu anlar - Sputnik Azərbaycan-ın həftəlik fotokolleksiyasında.

Yola saldığımız həftə müxtəlif hadisələrlə zəngin olub. Azərbaycanda İkinci Qarabağ Müharibəsində qazanılmış qələbə "Zəfər paradı" ilə müşayiət olunub. Bakıdakı Azadlıq meydanından Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbçi dəstələri, hərbi texnika kolonları keçib, parad hərbi gəmilər və təyyarələr tərəfindən dəstəklənib. 

Keçən həftə Venesiya fəlakətlərin məngənəsində idi, fırtına səbəbindən bir çox küçə su altında qaldı. Tarixi binalar suya qərq oldu, misilsiz sənət əsərləri zədələndi.

Fransadakı etiraz aksiyalarında 26 mindən çox adam iştirak etdi, onlardan beş min nəfəri Paris küçələrinə çıxdı. Ardıcıl olaraq dördüncü şənbə günü fransızlar "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinin maddəsinə etiraz edirlər.

Keçən həftə dünyanın necə yaşadığını bir daha xatırlamaq üçün sizi dünyanın müxtəlif yerlərindən toplanan fotoşəkillərə baxmağa dəvət edirik. Dünya xəbər agentliklərinin fotomüxbirləri tərəfindən çəkilən unudulmaz hadisələr, eyni zamanda duyğulu anlar - Sputnik Azərbaycan-ın həftəlik fotokolleksiyasında.

 

Digər fotolentlər

Əsas mövzular