23:14 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
© Sputnik / Murad Orujov
Bakıda ulu öndər Heydər Əliyevin anım mərasimi

Hər il olduğu kimi, bu il dekabrın 12-də paytaxt Bakıdakı Fəxri Xiyaban insan selinə şahidlik edib.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından bu gün 17 il keçir. Onun xatirəsi Azərbaycanda, o cümlədən xarici ölkələrdə ehtiramla yad edilir.

Son 17 il ərzində olduğu kimi, bu münasibətlə dekabrın 12-də gün ərzində müxtəlif dövlət qurumlarının, siyasi və ictimai təşkilatlarının nümayəndələri, sıravi vətəndaşlar və paytaxtın qonaqları Fəxri Xiyabanda Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək Ümummilli Liderin məzarı önünə gül dəstələri qoyublar.

Sputnik Azərbaycan Fəxri Xiyabandan çəkilmiş həmin fotoları təqdim edir.

Digər fotolentlər

Əsas mövzular