16:49 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
© Sputnik / Aleksey Kudenko
Cəbrayıl rayonunda dağıdılmış ev

Cəbrayıl da Ağdamla Füzulinin acı taleyini yaşayıb – ermənilər tərəfindən işğal olunduqdan sonra tamamilə dağılıb. Azərbaycanın bir vaxtlar güllü-gülüstan torpağının indiki halı Sputnik Azərbaycan-ın fotolentində.

Cəbrayıl şəhəri və bütövlükdə Cəbrayıl rayonu Ermənistan silahlı qüvvələrinin 27 illik işğalından bu ilin oktyabrında azad edildi. Ancaq gözəl şəhərdən, göz oxşadıqca uzanan bağlardan indi sözün hərfi mənasında heç nə qalmayıb. Ermənilər şəhəri talan edib, dağıdıblar. Cəbrayılın məşhur “Dostluq” bulağı da digər dini-mədəni abidələr kimi qəsbkarların “diqqət”indən kənarda qalmayıb. Cəbrayıl rayonuna dəvət olunan azərbaycanlı və əcnəbi jurnalistlər acı mənzərənin şahidi olublar: binaların ancaq bünövrələri, bəzilərinin isə ön divarları salamat qalıb. Mədəni irsdən əlamət belə saxlamayıblar. Hətta qəbristanlıq da erməni vandalizminin qurbanı olub.

Cəbrayıl rayonu Azərbaycan Respublikasının cənubunda, Kiçik Qafqaz dağlarının qoynunda yerləşir. Rayonda bir şəhər (Cəbrayıl), 4 qəsəbə (Xələfli, Xudafərin, Qumlaq, Mahmudlu) və 92 kənd var.

Teqlər:
fotolent, Azərbaycan, Qarabağ, Cəbrayıl

Digər fotolentlər

Əsas mövzular