FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Ağdamın Şahbulaq qalasında Azərbaycan bayrağı dalğalanır - FOTO

Abunə olmaq
Məşhur qədim qalaya Ağdam rayonu işğaldan azad olunduqdan sonra yenidən qovuşduq. Qalanın tarixi və bugünkü halı Sputnik Azərbaycan-ın fotolentində

Qarabağ xanı Pənahəli xan tərəfindən 1751-1752-ci illərdə inşa etdirilmiş XVIII əsr qala divarları. Memarlıq abidəsi Ağdamın Şahbulaq adlı ərazisində tikilib. Ehtimal ki, qalanın adı da burada yerləşən gursulu bulağın adından – Şahbulağından götürülüb. Şahbulaq qalası Qarabağ xanlığının ərazisində inşa etdirilən ikinci qaladır.

Şahbulaq qalası Bayat qalasından öncə Qarabağ xanlığına inzibati mərkəz kimi inşa edilib. Müdafiə tipli tikili olan qala müəyyən bir dövr ərzində yaşayış yeri kimi istifadə olunsa da, sonradan təkcə gözətçi məntəqəsi kimi istifadə edilib. Elmi ədəbiyyatda Şahbulaq qəsri adı ilə tanınan abidə əslində iri qəsr kompleksinin iç qalası olub. Onun yanında xanın iqamətgahı yerləşib. Yığcam quruluşlu bu qala düzbucaqlı biçimdədir və onun bayır divarları dairəvi və yarımsilindrik bürclərlə möhkəmləndirilib.

Qala divarları və qüllələr yuxarıya doğru bir qədər incələşib müdafiə tikililəri üçün səciyyəvi olan mazğal sırası və dişlərlə tamamlanırdı. Divarlar 7 metr, bürclər 8,5 metr hündürlükdədir. Qalanın giriş qapısı şərq divarının ortasında olub xaricdən ona bitişik ikimərtəbəli qülləvari həcmlərlə qorunurdu. Bu qüllənin üst qatı, yəqin ki, xan otağı olub. Həmin otağa qəsr həyətindən daş pilləkən qalxır. İşğaldan azad olunanadək ermənilər qaladan kilsə kimi istifadə ediblər.

© Sputnik / Aleksei Kudenko / Mediabanka keçidŞahbulaq qalası
Ağdamda Şahbulaq - Sputnik Azərbaycan
1/8
Şahbulaq qalası
© Sputnik / Aleksei Kudenko / Mediabanka keçidŞahbulaq qalası
Ağdamda Şahbulaq - Sputnik Azərbaycan
2/8
Şahbulaq qalası
© Sputnik / Aleksei Kudenko / Mediabanka keçidŞahbulaq qalası
Ağdamda Şahbulaq - Sputnik Azərbaycan
3/8
Şahbulaq qalası
© Sputnik / Aleksei Kudenko / Mediabanka keçidŞahbulaq qalası
Ağdamda Şahbulaq - Sputnik Azərbaycan
4/8
Şahbulaq qalası
© Sputnik / Aleksei Kudenko / Mediabanka keçidŞahbulaq qalası
Ağdamda Şahbulaq - Sputnik Azərbaycan
5/8
Şahbulaq qalası
© Sputnik / Aleksei Kudenko / Mediabanka keçidŞahbulaq qalası
Ağdamda Şahbulaq - Sputnik Azərbaycan
6/8
Şahbulaq qalası
© Sputnik / Aleksei Kudenko / Mediabanka keçidŞahbulaq qalası
Ağdamda Şahbulaq - Sputnik Azərbaycan
7/8
Şahbulaq qalası
© Sputnik / Aleksei Kudenko / Mediabanka keçidŞahbulaq qalası
Ağdamda Şahbulaq - Sputnik Azərbaycan
8/8
Şahbulaq qalası
Xəbər lenti
0