06:34 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
  • Qarabağ FK-nın futbolçuları, arxiv şəkli
  • Qarabağın baş məşqçisi Qurban Qurbanov
  • Şahruddin Məhəmmədəliyev
  • Kevin Medina
© REUTERS / MURAD SEZER
"Qarabağ" klubunun futbolçuları "Sivasspor" ilə matçdan əvvəl foto çəkdirirlər.

Bu mövsümdə "Qarabağ" komandası ikinci dəfədir Türkiyədə bu ölkənin klubuna qarşı oynayır və məğlub olur.

Dünən Azərbaycanın "Qarabağ" klubu UEFA Avropa Liqasında növbəti oyununu keçirib və I qrupun IV tur matçında Türkiyənin "Sivasspor"u ilə qarşılaşıb.

Azərbaycandakı hərbi vəziyyətlə əlaqədar İstanbulun "Başakşehir Fatih Terim" stadionunda təşkil olunmuş qarşılaşma "Sivasspor"un 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu məğlubyyətlə "Qarabağ" avrokuboklarda mərhələ şansını itirib.

Qrupun digər matçında İspaniya "Vilyarreal"ı İsraildə "Makkabi" (Təl-Əviv) komandası ilə heç-heçə edib - 1:1. Bu nəticələrdən sonra "Vilyarreal" 10 xalla 1-ci, "Makkabi" 7 xalla 2-ci, "Sivasspor" 6 xalla 3-cü pillədə qərarlaşıb. Sonuncu pillədəki "Qarabağ" isə xalsızdır.

Məğlubiyyətə baxmayaraq, Azərbaycan təmsilçisi pis oyun nümayiş etdirməyib. Həmin görüşdən kadrları diqqətinizə çatdırırıq.

Digər fotolentlər

Əsas mövzular