20:31 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Aleksey Kudenko
Azərbaycan vətəndaşları Quzanlıda Ağdamın qaytarılmasını qeyd edir

Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edildiyini eşidən rayon sakinləri Quzanlı qəsəbəsində zəfər aksiyasını əsl bayrama çeviriblər.

Prezident İlham Əliyev bu gün xalqa müraciətində Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edildiyini bəyan edib. Bu xəbəri eşidən Ağdam rayon sakinləri, Quzanlı qəsəbəsində zəfər aksiyasını əsl bayrama çeviriblər. Onlar əllərində bayraqlarla şəhərin girişinə tərəf yürüş ediblər. Ağdama daxil olan Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərini salamlayıblar. Eyni zamanda milli mahnı və rəqslər ifa edərək zəfər şadyanalığı ilə düşmənə göz dağı veriblər.     

Qeyd edək ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdi.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Digər fotolentlər

Əsas mövzular