20:46 22 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
© Sputnik / Maksim Blinov
Kəlbəcərdə ermənilər tərəfindən atılmış və yandırılmış ev.

Ermənilər 1993-cü ildə işğal etdikləri Azərbaycanın Kəlbəcər rayonunu üçtərəfli razılaşmaya əsasən tərk etməyə davam edirlər. Sputnik Azərbaycanın fotolentində bunun necə baş verdiyini izləyə bilərsiz.

Ermənistan ordusu və əhalisi noyabrın 15-ə qədər Kəlbəcəri tərk etməli idi. Bəzi səbəblərə görə erməni tərəfi əhalinin və ordusunun təxliyəsinə verilən müddəti noyabrın 25-ə qədər uzatmağı xahiş edib və Azərbaycan, humanizm prinsiplərindən çıxış edərək, erməni tərəfinə əlavə vaxt verməyə razılıq verib.

Azərbaycan tərəfindən bu xoşniyyətli jestə baxmayaraq, ermənilər əşyalarını çıxardıqdan sonra, evləri yandırmağa başlayıblar. Nəticədə alov yaxınlıqdakı meşələrə keçib və ekologiyaya ciddi ziyan vurub. Bundan əlavə, məktəblər yandırılır, meşələrdə ağaclar kəsilir. Baş verənləri yalnız bütün regiona yönəlmiş ekoloji terror kimi qiymətləndirmək olar.

Xatırladaq ki, Azərbaycanın Kəlbəcər rayonu ermənilər tərəfindən 1993-cü ildə işğal olunub. Həmin vaxt Azərbaycanın dinc sakinlərinə təxliyə üçün cəmi 10 saat verilmişdi. Nəqliyyat tapmayan bir çox Kəlbəcər sakini məcburiyyət qarşısında evlərini və əmlakını ataraq piyada getməli olub.

Digər fotolentlər

Əsas mövzular