16:34 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Maksim Blinov
Kəlbəcərdə ermənilər tərəfindən atılmış və yandırılmış ev.

Ermənilər 1993-cü ildə işğal etdikləri Azərbaycanın Kəlbəcər rayonunu üçtərəfli razılaşmaya əsasən tərk etməyə davam edirlər. Sputnik Azərbaycanın fotolentində bunun necə baş verdiyini izləyə bilərsiz.

Ermənistan ordusu və əhalisi noyabrın 15-ə qədər Kəlbəcəri tərk etməli idi. Bəzi səbəblərə görə erməni tərəfi əhalinin və ordusunun təxliyəsinə verilən müddəti noyabrın 25-ə qədər uzatmağı xahiş edib və Azərbaycan, humanizm prinsiplərindən çıxış edərək, erməni tərəfinə əlavə vaxt verməyə razılıq verib.

Azərbaycan tərəfindən bu xoşniyyətli jestə baxmayaraq, ermənilər əşyalarını çıxardıqdan sonra, evləri yandırmağa başlayıblar. Nəticədə alov yaxınlıqdakı meşələrə keçib və ekologiyaya ciddi ziyan vurub. Bundan əlavə, məktəblər yandırılır, meşələrdə ağaclar kəsilir. Baş verənləri yalnız bütün regiona yönəlmiş ekoloji terror kimi qiymətləndirmək olar.

Xatırladaq ki, Azərbaycanın Kəlbəcər rayonu ermənilər tərəfindən 1993-cü ildə işğal olunub. Həmin vaxt Azərbaycanın dinc sakinlərinə təxliyə üçün cəmi 10 saat verilmişdi. Nəqliyyat tapmayan bir çox Kəlbəcər sakini məcburiyyət qarşısında evlərini və əmlakını ataraq piyada getməli olub.

Digər fotolentlər

  • Suqovuşanda son vəziyyət
    Last update: 20:56 30.11.2020
    20:56 30.11.2020

    Suqovuşana həyat qayıdır - FOTO

    Əks-hücum əməliyyatı nəticəsində oktyabrın 3-də azad olunan Suqovuşana artıq yol çəkilir. Bunun üçün ərazi minalardan təmizlənir. Kənddən son kadrları Sputnik Azərbaycan-ın fotolentində izləyin

    61
    11
  • Füzulidə Araz qəzetinin redaksiyasının dağıdılmış binası üstündə Azərbaycan bayrağı.
    Last update: 14:43 29.11.2020
    14:43 29.11.2020

    Dağıdılsa da doğmadır, qəbulumuzdur: azad olunmuş Füzulidən yeni kadrlar - FOTO

    Müzəffər Azərbaycan Ordusu Füzulini çoxillik erməni işğalından azad edib. Şəhərdə, demək olar ki, salamat bina qalmayıb

    49
    15
  • Ağdam şəhərinin dağıdılmış hissəsinə quş uçuşundan mənzərə
    Last update: 12:13 29.11.2020
    12:13 29.11.2020

    Qafqazın Xirosiması: Ağdamın quş uçuşundan görünüşü - FOTO

    Azərbaycanın bir zamanlar çiçəklənən şəhəri olan Ağdam 27 illik işğaldan sonra ruhlar şəhərinə bənzəyir. Sizə dağıdılmış, ot-ələf bürümüş Ağdamın quş uçuşundan görüntülərini təqdim edirik.

    54
    15
  • Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.
    Last update: 14:23 28.11.2020
    14:23 28.11.2020

    Hadrutda aşkarlanan ikona Bakıya gətirildi - FOTOLAR

    Rus Pravoslav Baş Kafedral Kilsəsində ("Jen Mironosits" pravoslav kafedral kilsəsi) Hadrutdan tapılan ikonanın təntənəli şəkildə Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilməsi mərasimi keçirilib. Daha ətraflı - Sputnik Azərbaycan-ın fotolentində.

    34
    13

Əsas mövzular