FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Rusiya sülhməramlıları Qarabağa yola düşür

Abunə olmaq
Sülhməramlı kontingent müasir silahlar, hərbi və xüsusi texnika, o cümlədən, BTR-82A zirehli nəqliyyat vasitələri, “Tiqr” və “Tayfun” zirehli maşınları ilə təchiz olunub.

Mərkəz hərbi dairəsinin 15-ci əlahiddə motoatıcı briqadasının bölmələrindən ibarət Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağa dair üçtərəfli razılaşmaya uyğun olaraq təyinat nöqtəsinə doğru hərəkət edir.

Qeyd edək ki, atəşkəsə riayət olunmasına və hərbi əməliyyatlara nəzarət etmək üçün əraziyə Rusiya Federasiyasının 1960 hərbçi, 90 zirehli nəqliyyat vasitəsi, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

© Photo : Ministry of Defence of the Russian FederationRusiya sülhməramlıları Qarabağa yola düşür
Переброска российских миротворцев для участия в миротворческой операции в зоне нагорно-карабахского конфликта - Sputnik Azərbaycan
1/11
Rusiya sülhməramlıları Qarabağa yola düşür
© Photo : Ministry of Defence of the Russian FederationRusiya sülhməramlıları Qarabağa yola düşür
Переброска российских миротворцев для участия в миротворческой операции в зоне нагорно-карабахского конфликта - Sputnik Azərbaycan
2/11

3/11

4/11

5/11

6/11

7/11

8/11

9/11

10/11

11/11

Xəbər lenti
0