22:33 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Murad Orujov
Bakıda bulvarında Dövlət Bayrağı Günü münasibəti ilə aksiya

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günündə Bakı bulvarında təşkil edilən aksiya çərçivəsində insanlara müxtəlif ölçülü bayraqlar hədiyyə edilib. Aksiyadan görüntülər Sputnik Azərbaycanın fotolentində.

Hər il noyabrın doqquzunda Bakı bulvarında Azərbaycan Respublikası Dövlət Bayrağı Günü münasibəti ilə aksiya keçirilir. Aksiya çərçivəsində şəhər sakinləri və paytaxtın qonaqlarına pulsuz Azərbaycan bayrağı təqdim olunur. Bu il aksiya Dənizkənarı Bulvar İdarəsi tərəfindən təşkil edilib, bayraqları isə insanlara idarənin əməkdaşları təqdim ediblər.

Aksiyanı keçirməkdə məqsəd Azərbaycanın azadlığının, suverenliyinin simvolu, xalqın qürur mənbəyi olan dövlət bayrağının təbliğ olunması, xüsusən yetişməkdə olan gənc nəslə bayrağa sevgi və hörmət hissini aşılamaqdır.

Azərbaycan bayrağı ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq olunub.

1991-ci il oktyabrın 18-də müstəqillik əldə etdikdən sonra Azərbaycan Ali Şurası üçrəngli, ay-ulduzlu bayrağı Azərbaycan Dövlət Bayrağı kimi qəbul edib.

2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilib - 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur.

Digər fotolentlər

Əsas mövzular