20:22 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© REUTERS / MURAD SEZER
"Qarabağ" komandası UEFA Avropa Liqasının I qrupunda "Sivasspor"la üz-üzə gəlib.

UEFA Avropa Liqasının I qrupunda növbəti matçında ardıcıl 3-cü məğlubiyyətlə üzləşən Azərbaycan çempionu xalsızdır və sonuncu - 4-cü sıradadır.

Azərbaycan çempionu "Qarabağ" UEFA Avropa Liqasının I qrupunda növbəti matçını keçirib.

Qurban Qurbanovun yetirmələri Türkiyədə "Sivasspor"la üz-üzə gəlib.

"Yeni Sivas 4 Eylül" stadionunda keçirilən qarşılaşma Ağdam təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində Caner Osmanpaşa və Olarenvaju Kayode fərqləniblər.

Bununla da ilk qələbəsini qazanan "Sivasspor" 3 xalla 3-cü pillədə möhkəmlənib. Ardıcıl 3-cü məğlubiyyətlə üzləşən Azərbaycan çempionu isə xalsızdır və sonuncu - 4-cü sıradadır.

Qeyd edək ki, qrupun digər oyunu ilk iki turda qələbə qazanan “Vilyarreal”la “Makkabi” arasında keçiriləcək.

"Sivasspor" - "Qarabağ" matçından görüntüləri Sputnik Azərbaycan-ın fotolentində izləyin.

Teqlər:
fotolent, futbol, Türkiyə, Sivas şəhəri, qrup mərhələsi, Avropa Liqası, "Sivasspor" FK, Qarabağ FK

Digər fotolentlər

Əsas mövzular