10:59 26 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
© Sputnik / Mitchell Quring
San-Fransiskoda seçki məntəqlərinin birində.

ABŞ-da keçirilən prezident seçkisində milyonlarla amerikalı iştirak edib. Prezidentliyə namizədlərin tərəfdarları və əleyhdarları, eləcə də seçki məntəqələrindən görüntülər Sputnik Azərbaycan-ın fotolentində.

BAKI, 4 noyabr — Sputnik. ABŞ-da Ağ Evə sahiblik uğrunda mübarizə aparan iki namizəd – hazırkı Prezident Donald Trampla demokratların təmsilçisi Co Bayden arasındakı yarış bu gün başa çatır.

Bəziləri artıq vaxtından əvvəl və yaxud səhər tezdən açılmış məntəqələrdə səs verib, digərləri isə səsini son ana saxlayıb. Hər bir halda, müşahidəçilər seçicilərin çox aktiv olduğunu qeyd edirlər, ABŞ vətəndaşları bəzi seçki məntəqələrində səs vermək üçün uzun növbələrə düzülüblər.

Tərəfdarlar öz namizədlərinə dəstək olmaq məqsədilə aksiya və piketlər keçirir, polis məmurları asayişin qorunmasına nəzarət edirlər. Bununla belə, Ağ Evin yaxınlığında aksiya iştirakçıları ilə polis arasında toqquşma yaşandığı barədə xəbərlər də gəlir.

Hazırda səslərin hesablanması prosesi gedir. Mağaza və restoran sahibləri seçkinin nəticəsindən narazı qalanların iğtişaş törədəcəyindən ehtiyatlanaraq müxtəlif əşyalarla vitrinlərin qarşısını kəsiblər.

Teqlər:
fotolent, Cozef Bayden, Donald Tramp, prezident seçkisi, ABŞ

Digər fotolentlər

Əsas mövzular