08:17 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Photo : Majid Aliyev
Nyu-Yorkda Azərbaycan Ordusuna dəstək aksiyası.

Azərbaycana dəstək məqsədli "Pray for Ganja" şüarlı aksiya Nyu-Yorkda BMT-nin baş qərargahı qarşısında keçirilib. Aksiyada yüzlərlə azərbaycanlı iştirak edib.

ABŞ-ın ən böyük şəhərində BMT-nin qərargahı qarşısında "Azərbaycan-Nyu-York" assosiasiyası tərəfindən təşkil olunmuş Azərbaycana dəstək aksiyası keçirilib. Nyu-Yorkda yaşayan yüzlərlə həmvətənimiz Ermənistanın Azərbaycanın dinc sakinlərinə qarşı təcavüzünü pisləyən, həmçinin Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bildirən şüarlarla küçəyə çıxıblar. Aksiyaya ABŞ-ın digər ştatlarında yaşayan soydaşlarımız da qoşulublar.

Aksiya iştirakçıları BMT-ni Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumunu pisləməyə, Ermənistanın təxribatlarını və raket hücumlarını araşdırmaq üçün komissiya yaratmağa, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək hüququnu dəstəkləməyə və ən əsası BMT-nin Ermənistan silahlı qüvvələrinin təcili və qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən qətnamələrini inkar edən təcavüzkar ölkənin rəhbərliyini qınamağa çağırıblar.

Digər fotolentlər

Əsas mövzular