FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Yaralanmış şəhər: Gəncədə dağıdılmış evdən fotoreportaj

Abunə olmaq
Ermənistan ordusunun gecə ilə raket atəşinə tutduğu Azərbaycanın ikinci böyük şəhərindəki dağıntıları fotomüxbirlər lentə alıblar

Ermənilərin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində çoxmənzilli yaşayış binası dağılıb, xeyli sayda ölən və yaralanan var. Hazırda dağıntılar altında qalanların çıxarılması davam edir, bu səbəbdən dinc sakinlərə qarşı yönəldilmiş terror aktında həlak olanların sayı arta bilər.

Azərbaycan Respublikasının rəsmi mənbələrinin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejiminin tələblərini pozaraq, 11.10.2020-ci il tarixdə gecə saatlarında müharibə zonasından 100 km-dən artıq məsafədə yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzində çoxmənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 7 nəfər həlak olub, 33 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

Как выглядит разрушенная армянским обстрелом Гянджа - видео - Sputnik Azərbaycan
VİDEO
Ermənistanın raket hücumundan sonra Gəncədə son vəziyyət - video

10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.
Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.
Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.
Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacaqlar.
Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq ediblər.

© REUTERS / UMIT BEKTASErməni qüvvələrinin açdıqları atəşdən sonra Gəncədə vəziyyət
Последствия обстрелов в Гяндже - Sputnik Azərbaycan
1/9
Erməni qüvvələrinin açdıqları atəşdən sonra Gəncədə vəziyyət

2/9

3/9

4/9

5/9

6/9

7/9

8/9

9/9

Xəbər lenti
0