FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Bir gündə 850 mərmi! Ermənilər Ağdamı məhv etmək istəyirlər - FOTO

Abunə olmaq
Ermənistan ordusunun Azərbaycanın dinc əhaliylə müharibəsi davam edir. Hər gün müxtəlif cəbhəyanı, hətta cəbhədən kənarda olan ərazilərimiz intensiv artilleriya, raket atəşlərinə məruz qalır. Ağdamdan son görüntüləri Sputnik Azərbaycan-ın fotolentində izləyin

Ötən gün Ağdama 850-yə yaxın mərmi düşüb. Xeyli evə və qeyri-yaşayış obyektinə ziyan dəyib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Ermənistan ordusunun atdığı mərmilərdən biri Quzanlı qəsəbəsində məskunlaşmış məcburi köçkün Məhəmməd Vəliyevin evinə düşüb. Ev içərisindəki əşyalarla birlikdə tamamilə yanıb.

Həmin küçədə olan bir neçə evə də ciddi ziyan dəyib. Quzanlının başqa ərazilərində və Ağdamın kəndlərində də evlər və məktəb binaları artilleriya zərbələrindən ziyan çəkib. Quzanlıya atılan mərmilərdən 2 nəfər - 65 yaşlı Allahverən Muradov və 41 yaşlı Seymur Abışov yaralanıb və Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Ağdamdan son görüntüləri Sputnik Azərbaycan-ın müxbirinin hazırladığı fotolentdə izləyin.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Последствия обстрелов в Бардинском районе Азербайджана - Sputnik Azərbaycan
QARABAĞ
Ermənilər bir neçə rayonumuzu və Mingəçeviri intensiv atəşə tuturlar

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib. Bundan başqa, Ağdərə və Murovdağ istiqamətində ermənilərin bir neçə postu darmadağın edilib.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri cəbhənin Goranboy istiqamətindəki strateji yüksəkliklərdən birini - Murovdağ dağ silsiləsinin Murov yüksəkliyini azad edib. Azərbaycan ordusu Talış kəndi ətrafında bir neçə strateji yüksəkliyi də Ermənistanın işğalçı qüvvələrindən təmizləyib.

Oktyabrın 3-də Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.

Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.

 Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.

© Sputnik / Ibrahim HashimovAğdamın Quzanlı qəsəbəsində erməni qüvvələrinin açdıqları atəşdən sonra yaranan vəziyyət
Erməni qüvvələrinin açdıqları atəşdən sonra Ağdamda vəziyyət - Sputnik Azərbaycan
1/12
Ağdamın Quzanlı qəsəbəsində erməni qüvvələrinin açdıqları atəşdən sonra yaranan vəziyyət

2/12

3/12

4/12

5/12

6/12

7/12

8/12

9/12

10/12

11/12

12/12

Xəbər lenti
0