FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Hərbi qənimət: qarşıdurma vaxtı ələ keçirilmiş döyüş texnikası – FOTOLAR

Abunə olmaq
Azərbaycan hərbçiləri düşmənin döyüş texnikasını ələ keçiriblər. Ələ keçirilmiş hərbi qənimətləri Sputnik Azərbaycan-ın fotolentindən izləyə bilərsiniz

BAKI, 5 oktyabr — Sputnik. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri əks-hücum əməliyyatları zamanı mühüm strateji yüksəklikləri və yaşayış məntəqələrini azad etməklə yanaşı, düşmənin hərbi texnikasına da ələ keçirməyə nail olub. Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, hərbi qənimət tanklar, hərbi yük maşınları, minik avtomobilləri, iriçaplı silahlar və digər hərbu sursatlardan ibarətdir. Erməni əsgərləri döyüş texnikasını qoyub qaçdıqlarından, ələ keçirilən hərbi sursat texniki cəhətdən qənaətbəxş vəziyyətdədir.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib. Bundan başqa, Ağdərə və Murovdağ istiqamətində ermənilərin bir neçə postu darmadağın edilib.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri cəbhənin Goranboy istiqamətindəki strateji yüksəkliklərdən birini - Murovdağ dağ silsiləsinin Murov yüksəkliyini azad edib. Azərbaycan ordusu Talış kəndi ətrafında bir neçə strateji yüksəkliyi də Ermənistanın işğalçı qüvvələrindən təmizləyib.

Oktyabrın 3-də Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.

Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.

© Photo : AZƏRTACErmənilərin döyüş meydanında qoyub qaçdığı texnikalar
Военные трофеи, оставленные ВС Армении на поле боя   - Sputnik Azərbaycan
1/15
Ermənilərin döyüş meydanında qoyub qaçdığı texnikalar
© Photo : AZƏRTACErmənilərin döyüş meydanında qoyub qaçdığı silah-sursat və texnikalar

2/15
Ermənilərin döyüş meydanında qoyub qaçdığı silah-sursat və texnikalar
© Photo : AZƏRTACErmənilərin döyüş meydanında qoyub qaçdığı silah-sursat

3/15
Ermənilərin döyüş meydanında qoyub qaçdığı silah-sursat

4/15

5/15

6/15

7/15

8/15

9/15

10/15
Ermənilərin döyüş meydanında qoyub qaçdığı texnikalar
© Photo : AZƏRTACErmənilərin döyüş meydanında qoyub qaçdığı silah-sursat və texnikalar
Военные трофеи, оставленные ВС Армении на поле боя   - Sputnik Azərbaycan
11/15
Ermənilərin döyüş meydanında qoyub qaçdığı silah-sursat və texnikalar
© Photo : AZƏRTACErmənilərin döyüş meydanında qoyub qaçdığı texnikalar
Военные трофеи, оставленные ВС Армении на поле боя   - Sputnik Azərbaycan
12/15
Ermənilərin döyüş meydanında qoyub qaçdığı texnikalar
© Photo : AZƏRTACErmənilərin döyüş meydanında qoyub qaçdığı silah-sursat və texnikalar
Военные трофеи, оставленные ВС Армении на поле боя   - Sputnik Azərbaycan
13/15
Ermənilərin döyüş meydanında qoyub qaçdığı silah-sursat və texnikalar
© Sputnik / Ibrahim HashimovErmənilərin döyüş meydanında qoyub qaçdığı texnikalar
Военные трофеи, оставленные ВС Армении на поле боя   - Sputnik Azərbaycan
14/15
Ermənilərin döyüş meydanında qoyub qaçdığı texnikalar
© Sputnik / Ibrahim HashimovErmənilərin döyüş meydanında qoyub qaçdığı texnikalar
Военные трофеи, оставленные ВС Армении на поле боя   - Sputnik Azərbaycan
15/15

Xəbər lenti
0